Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-NIN YAZ SESSİYASI BAŞLANMIŞDIR

Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu qurumun yaz sessiyasında iştirak etmək üçün Strasburq şəhərinə gəlmişdir.

Aprelin 10-da AŞPA-nın yaz sessiyası başlanmışdır. Günün birinci yarısında AŞPA-nın Bürosunun, ayrı-ayrı komitələrinin və siyasi qurumlarının iclasları keçirilmişdir.

Səməd Seyidov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan nümayəndə heyəti iclaslarda fəallıq göstərmiş, Cənubi Qafqaz ölkələrində qaçqın və məcburi köçkünlərlə bağlı məsələnin müzakirəsində ölkəmizin mövqeyini açıqlamışlar.

Büro iclasında bir çox məsələlərlə yanaşı, may ayında ölkəmizdə parlamentə təkrar seçkilər barədə də fikir mübadiləsi aparılmışdır. Büro seçkiləri müşahidə edəcək nümayəndə heyətinin tərkibini müəyyənləşdirmişdir. 15-20 nəfərdən ibarət avropalı deputatın ölkəmizə səfəri nəzərdə tutulmuşdur.

Yaz sessiyasının gedişində “Tədris müəssisələrində ana dilinin yeri”, “Avropa Şurasının üzv dövlətlərində yoxsulluqla və korrupsiyaya qarşı mübarizə”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əlaqələr”, “Silahlı qüvvələrdə insan hüququ”, “Faşist ideologiyasının baş qaldırmasına qarşı mübarizə”, “Yaxın Şərqdə vəziyyət”, “Ukraynada keçirilmiş parlament seçkilərinin nəticələri”, “Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqınlar və məcburi köçkünlər” və digər məsələləri müzakirə etmək qərara alınmışdır.

“Tədris müəssisələrində ana dilinin yeri” məsələsi üzrə müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova demişdir ki, milli azlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının, – Azərbaycan ona bir neçə il əvvəl qoşulub, - əsas tövsiyələri çoxdilli ölkəmizdə ciddi şəkildə yerinə yetirilir. Məsələn, milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri Hidayət Orucovun iştirakı ilə 2002-ci ildə Strasburqda “Azərbaycanın milli azlıqları – reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Azərbaycanın bu sahədə təcrübəsi müsbət qiymətləndirilmiş, üstəlik, Avropa Şurasının üzvü olan digər ölkələrin öyrənməsi üçün tövsiyə edilmişdir.

SSRİ dağıldıqdan sonra Azərbaycanda tədris rus dilində aparılan heç bir məktəb bağlanmayıbdır. Gürcülərin yığcam yaşadıqları Qax rayonunda 9 gürcü məktəbi fəaliyyət göstərir. Bakıda yəhudi dilində orta məktəb, habelə yəhudi dilinin bütün səviyyələrdə tədris edildiyi digər məktəb var. Yəhudilərin yığcam yaşadıqları Quba rayonundakı Qırmızı qəsəbədə və Oğuz rayonunda yəhudi dili mütləq öyrənilməklə rus və Azərbaycan dillərində məktəblər fəaliyyət göstərir. Bakıda və Azərbaycanın digər şəhərlərində şənbə və bazar günləri məktəbləri var ki, bu da cənab Lejandrın məruzəsinin, o cümlədən 21-ci maddənin müddəalarına uyğundur. Bu maddədə təkcə milli azlıqların yığcam yaşadıqları rayonda deyil, paytaxtda və iri şəhərlərdə də ana dilində təhsilin təşkilinə dair tövsiyələr var.

Ləzgilərə, tatlara, avarlara, kürdlərə, talışlara, saxurlara, xınalıqlılara gəldikdə, təlimin əsasən Azərbaycan dilində olduğu məktəblərdə ana dilini 4-cü, bəzi yerlərdə isə 7-ci sinfədək öyrənirlər. Əlbəttə, zənnimcə, Azərbaycan ərazisində bir sıra milli azlıqların öz dillərini öyrənməsini dərinləşdirməyə və təkmilləşdirməyə, tədrisə ana dilində müəyyən fənlərin daxil edilməsinə imkan verə biləcək yeni dərsliklər, əyani vəsait yaradılmasına ehtiyac var. Lakin yadda saxlamaq lazımdır ki, Dağlıq Qarabağ probleminin, Ermənistanla nizama salınmamış münaqişənin, qaçqın və köçkünlərin böyük bir ordusunun olması təhsil sahəsində də çoxsaylı problemlər yaradır. Misal üçün, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində - Laçın, Qubadlı, Kəlbəcər kimi rayonlarda kürdlər yığcam şəkildə yaşayırdılar. İndi onlar bütün respublikanın ərazisinə səpələnmişlər, çox ağır məişət şəraitində yaşayırlar ki, bu da təbii olaraq, uşaqların lazımi təhsil, o cümlədən ana dilində təhsil alması imkanını çətinləşdirir.

Azərbaycan üçün bu başlıca problem həll olunduqdan, respublikanın ərazi bütövlüyü bərpa edildikdən sonra dövlət milli azlıqların dillərində təhsilə böyük vəsait ayıracaq və bu məsələyə daha ciddi diqqət yetirəcəkdir. Ümumiyyətlə isə, iftixar hissi ilə bildirmək istəyirəm ki, milli azlıqların dillərinin və mədəni irsinin öyrənilməsi sahəsində keçmiş SSRİ məkanının heç bir yerində dövlət səviyyəsində Azərbaycandakı qədər müsbət işlər görülməmişdir.

Nümayəndə heyətimizin digər üzvü Rafael Hüseynov deputat Lejandrın məruzəsini müsbət qiymətləndirərək demişdir ki, mən qaldırılan problemə öz ölkəmin və dilimin – Azərbaycanın və Azərbaycan dilinin müstəvisində münasibət bildirmək istəyirəm. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda böyük dillərin təmsilçisi olan xalqlarla yanaşı, çoxlu sayda milli azlıqlar da yaşayır. Digər tərəfdən, Azərbaycan Respublikasında 8 milyondan bir qədər artıq əhali yaşasa da, ölkədən xaricdəki soydaşların sayı bundan 5 dəfə çoxdur. Ona görə də məktəbdə ana dilinin tədrisi problemi Azərbaycan üçün müxtəlif aspektlərdən maraq doğurur. Azərbaycanda Xınalıq adlanan ucqar bir dağ kəndi var. Bu kəndin dünyanın heç bir dil qrupuna daxil olmayan öz dili var. Xınalıqlılar Azərbaycan dilini yaxşı bilirlər, çox vaxt ailələrində də ünsiyyət vasitəsi kimi bu dildən istifadə edirlər. Amma ana dillərini də unutmurlar. Öz növbəsində, dövlət də nadir mədəniyyəti və dili olan bu xalqın milli özünəməxsusluğunun qorunmasına qayğı göstərir. Məktəblər üçün xınalıq dilində yazılmış “Əlifba” dərsliyi var, bu dildə bədii əsərlər yazanların kitabları da nəşr edilir. Bir sıra başqa milli azlıqların da ana dillərində dərslikləri və bu dilləri məktəbdə öyrənmək, inkişaf etdirmək üçün yaxşı imkanları vardır. Təbii ki, eyni hal Avropanın ən müxtəlif ölkələrində mövcuddur. Lakin burada mühüm problem milli azlıqların dilini öyrədən məktəb dərsliklərinin heç də həmişə lazımi səviyyədə olmamasıdır. Düşünürəm ki, belə dərsliklərin yazılması üçün ortaq metodologiyanın işlənib hazırlanmasına, bu sahədə təcrübə mübadiləsinə ehtiyac var. Həmin ehtiyacı ödəmək üçün Avropa Şurası faydalı bir addım ata bilər. Milli azlıqların dərslik problemlərinə həsr edilən və pedaqoqların, bu sahənin müxtəlif mütəxəssislərinin, eləcə də deputatların iştirakı ilə bir konfransın və ya “dəyirmi masa”nın təşkili çox müsbət nəticələr verə bilər. Lakin eyni zamanda, başqa problem də var. Bəzən bir ölkədə uzun illər boyu yaşayan, həmin ölkənin vətəndaşı olan insanlar dövlət dilini öyrənmirlər, yaxud həmin dili kifayət qədər yaxşı bilmirlər. Bu isə onların ölkənin ictimai-siyasi həyatında iştirakında da, şəxsi irəliləyişlərində də qaçılmaz maneələr yaratmış olur. Zənnimcə, bu problemin həllinin də açarı məktəbdədir, dərsliklərdə, tədrisin mütərəqqi üsullarındadır. Avropa Şurası tərəfindən təşkil edilməsini arzuladığımız konfransın, yaxud “dəyirmi masa”nın bir müzakirə mövzusu da bu məsələ ola bilər: ölkənin əsas dilinin, yaxud dillərinin tədrisini elə qurmaq ki, həm bu dilin əsaslarını mənimsəmək asan olsun, həm də öyrəncilərə bu işin məcburiyyət yox, zəruriyyət olması fəlsəfəsi aşılansın.

Bütün bunlar isə elmi və siyasi cəhətdən sağlam, düzgün qurulmuş ibtidai təhsil mərhələsində daha uğurlu şəkildə həllini tapa bilər.

Dil ilk növbədə dialoq, ünsiyyət deməkdir. Əgər biz insanlar və dövlətlər arasında ziddiyyətlərin, münaqişələrin deyil, dostluğun, daha artıq yaxınlaşmanın tərəfdarıyıqsa, gərək dilə hörmət, diqqət və qayğı həmişə bizimlə olsun!

Hər iki deputatımızın çıxışı maraqla qarşılanmışdır.

Sessiyanın birinci iş gününün sonunda “Avropa Şurasının üzv dövlətlərində yoxsulluqla və korrupsiyaya qarşı mübarizə” mövzusu ətrafında fikir mübadiləsi aparılmışdır.

Bu məsələ ilə bağlı çıxış edən deputat Gültəkin Hacıyeva demişdir ki, yoxsulluq və korrupsiya bir-birilə sıx bağlı olan məsələlərdir. Bu problemlərin hər ikisi daha çox keçid dövrünü yaşayan ölkələr üçün xarakterikdir. Təəssüflər olsun ki, bizim ölkəmizdə də belə hallar mövcuddur. Bunun da bir sıra səbəbləri vardır. İlk səbəb ondan ibarətdir ki, Sovet İttifaqı dağıldıqdan sonra planlı sovet iqtisadiyyatından yeni bazar iqtisadiyyatına keçid müəyyən təzahürlərlə müşayiət olundu. Həm də çox ciddi iqtisadi geriləmə baş verdi. Lakin ikinci, əsas səbəb ondan ibarətdir ki, bu gün Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır. Bu, o deməkdir ki, öz torpaqlarından didərgin salınmış bir milyon insan hələ də qaçqın və köçkün həyatı yaşayır. Onlar silah gücünə çıxarıldıqları torpaqlarda öz əmlaklarını qoymuş və hər şeylərini itirmişlər.

İşğalın davam etməsi o deməkdir ki, qaçqın və köçkünlərin yükü dövlət büdcəsinin üzərinə düşür. Dövlət büdcəsinin 16 faizi onların probleminin həllinə yönəldilir. Təbii ki, bu da yeni inkişaf edən ölkə üçün çox ciddi problemdir.

İşğalın davam etməsi həm də o deməkdir ki, Azərbaycanın ən məhsuldar torpaqlarından olan Qarabağ ərazisi becərilmir. Əlbəttə, bu da ölkəmizin iqtisadiyyatına böyük zərbədir. Buna baxmayaraq, Azərbaycan dövləti özündə güc taparaq, iqtisadi islahatları həyata keçirir. Məhz bunun nəticəsində cəmi 2-3 il bundan əvvəl 49 faiz səviyyəsində olan yoxsulluq həddi indi 29 faizə enmişdir. Bütün bunlar aparılmış iqtisadi islahatlar nəticəsində baş vermişdir və ötən il Azərbaycan ÜDM-in artımına görə dünyada ən yüksək göstəriciyə nail olmuşdur.

Lakin bununla yanaşı, biz başa düşürük ki, islahatlar daha da sürətləndirilməlidir və Azərbaycanda bir nəfər də yoxsul insan qalmamalıdır. Bunun üçün ölkəmizin iqtisadi potensialı, təbii ehtiyatları kifayət qədərdir.

Korrupsiya cəmiyyətimizin üzləşdiyi ən qorxunc və təhlükəli bəlalardan biridir. Onunla mübarizə aparmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir. Bu, Avropa Şurası qarşısında götürülmüş öhdəlik deyil, ilk növbədə, Azərbaycan xalqı qarşısındakı öhdəlikdir. Onu yerinə yetirmək üçün dövlətimiz zəruri tədbirlər görür. Ölkə parlamenti korrupsiya ilə mübarizə haqqında qanun qəbul etmiş, xüsusi dövlət proqramı hazırlanmışdır. Ayrıca dövlət komissiyası yaradılmışdır və artıq fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Respublikası Prokurorluğu yanında korrupsiya ilə mübarizə üzrə idarə təşkil edilmişdir.

Bu tədbirlərdən əsas məqsəd ondan ibarətdir ki, ölkədə korrupsiyanın qarşısı alınsın, korrupsiya halları minimum həddə endirilsin. Lakin korrupsiya ilə mübarizə göstərir ki, bu sahədə ən düzgün yol cəzalandırma yolu deyil, sosial təminatı gücləndirməkdir. Burada iqtisadi amillər xüsusilə vacibdir. Həmin amillərin gücləndirilməsi, iqtisadi təhlükəsizliyin təminatı nəticə etibarilə korrupsiya hallarının aradan qaldırılmasına gətirib çıxarır.

Bu sahədə ikinci mühüm şərt ondan ibarətdir ki, məhkəmə sistemində islahatlar gücləndirilməlidir. Məhkəmələrdə işlərə ədalətlə baxılması, proseslərin şəffaflığının təmin edilməsi korrupsiyanın aradan qaldırılmasına böyük töhfə verərdi.

Bu baxımdan, həqiqətən də, ölkəmizdə məhkəmə sistemindəki islahatların davam etdirilməsinə, bu sahədə çalışan insanların təlimatlandırılmasına, onların Avropa qanunlarını dərindən əxz etməsinə böyük ehtiyac vardır. Avropa Şurasının bu baxımdan Azərbaycana yardım göstərməsinə ümid edirik.

Hamımız avropalı olaraq anlayırıq ki, yoxsulluğun azaldılması təhlükələrin azaldılması, təhlükəsizliyin təmin olunması deməkdir. Avropalı olaraq hər birimiz əminik ki, təhlükəsiz məkanda yaşamağa maraqlıyıq. Ona görə də yoxsulluğun tezliklə aradan qaldırılmasına çalışmalıyıq. Bunun üçün münaqişələr həll edilməli və ehtiyacı olan ölkələrə zəruri yardım göstərilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib