Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-NIN YAZ SESSİYASI DAVAM EDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 11-də, AŞPA-nın yaz sessiyasının ikinci günü əvvəlcə, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əlaqələr” məsələsi müzakirə olunmuşdur. Bu məsələ ilə bağlı Lüksemburqun Baş naziri Jan-Klod Yunkerin hazırladığı məruzədə və Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Rumıniyanın baş naziri Kelin Ponesku-Teriçanunun, Avropa İttifaqının hazırkı sədri, Avstriyanın federal kansleri Volfanq Şüsselin, Avropa Komissiyasının sədri Xose Manuel Barrosonun və deputatların çıxışlarında son zamanlar hər iki beynəlxalq təşkilat arasında əməkdaşlığın genişlənməsindən və bunun əhəmiyyətindən danışılmışdır.

Əsrin əvvəllərində avropalıların üzləşdiyi problemlərin aradan qaldırılmasında Avropa Şurası ilə Avropa İttifaqı arasında yaranmış əlaqələrin mühüm rol oynadığı, bu qurumların ATƏT-lə birlikdə Avropa qitəsində təhlükəsizliyin əsil təminatçılarına çevrildiyi, Vyana Konvensiyasının rolu, sülh, demokratiya, dialoq, insan hüquqları və dözümlülüyün Avropa Şurası ilə Avropa İttifaqının əsas devizləri olduğu vurğulanmışdır.

Sessiyanın axşam iclasında “Silahlı qüvvələrdə insan hüquqları” məsələsi müzakirə edilmişdir. Bu barədə məruzə ilə çıxış edən bolqarıstanlı deputat Aleksandr Arabaciyev Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanmış bəzi ölkələrin ordularında hələ də sovet psixologiyasının qaldığını, yüksək rütbəli zabitlərin sıravi əsgərlərə qarşı zorakılıq tədbirlərinə əl atdıqlarını, onları təhqir etdiklərini, “dedovşina” deyilən halların mövcudluğunu, orduda xidmət edən qadınların vəziyyətinin daha ağır olduğunu bildirmişdir.

Məruzə ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Elmira Axundova geniş çıxış etmişdir. O demişdir:

-Bu gün müzakirə olunan məsələ silahlı qüvvələrdə insan hüquqlarının qorunması və sağlam mənəvi-əxlaqi mühit yaradılması baxımından çox vacib və aktualdır. Azərbaycan Silahlı Qüvvələri sürətli inkişaf yolu keçərək, pərakəndə, siyasiləşdirilmiş və döyüş qabiliyyəti olmayan özünümüdafiə dəstələrindən vahid mərkəzdən idarə edilən, müasir maddi-texniki bazaya, yüksək insani və intellektual potensiala, başlıcası isə, xalq arasında getdikcə artan hörmət və nüfuza malik milli orduya çevrilmişdir. Əlbəttə, öz təşəkkülü və formalaşması mərhələsində olan hər bir təşkilatdakı kimi, burada da bir sıra problemlər var, o cümlədən hərbi qulluqçular arasında nizamnaməyə zidd münasibətlərin olması faktlarına rast gəlinir. Lakin belə münasibətlər Azərbaycan Silahlı Qüvvələri üçün səciyyəvi hal deyil, kütləvi xarakter daşımır. Məruzəçi xəstəliklər, pis qidalanma və nizamnaməyə zidd münasibətlər nəticəsində beş min adamın həlak olduğunu bildirərkən Azərbaycanın qeyri-hökumət təşkilatlarına istinad edir. Təəssüf ki, bu təşkilatlar çox vaxt yoxlanılmamış, təsdiqlənməmiş məlumatlara əsaslanırlar. Həlak olanların sayına gəldikdə isə, xatırlatmaq lazımdır ki, Azərbaycan onun ərazisinin 20 faizini işğal edən Ermənistanla elan olunmamış müharibə vəziyyətindədir. Azərbaycan Silahlı Qüvvələrinin 70 faizi tərəflərin təmas xəttindəki səngərlərdə, ekstremal şəraitdədir. Hərbi qulluqçular, demək olar, hər gün həlak olurlar, lakin onlar aclıqdan və ya təhqirlərdən deyil, minalara, tələlərə düşməkdən, erməni snayperlərin güllələrindən həlak olurlar. İkincisi və ən başlıcası. Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi problemin olduğunu inkar etmir, istər nizamnaməyə zidd münasibətlərin profilaktikası və qarşısının alınması üçün, istərsə də nizamnaməni və etik davranış normalarını pozan hərbi qulluqçuların cəzalandırılması üçün hər gün praktik iş aparır. On ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Əfv Məsələləri Komissiyasının üzvüyəm və hərbi qulluqçuların məhz təhqir edilməsinə və ələ salınmasına görə mühakimə olunanların onlarca vəsatətinə baxmışam. Bir qayda olaraq, Komissiyada belə vəsatətlər rədd edilir. Əlbəttə, milli silahlı qüvvələrdə başlıca diqqət nizamnaməyə zidd münasibətlərin profilaktikasına yönəldilir. Bununla əlaqədar sıravi heyətlə xüsusi proqram üzrə məşğələlər təşkil edilir, respublikanın ali məktəblərində yeni, müasir fənn – hərbi kollektivlərdə psixologiya və onların idarə olunması fənni keçilir, habelə peşəkar serjantlar hazırlayan məktəblər yaradılır. Ümumiyyətlə, respublika rəhbərliyinin son illər apardığı strateji xətt sıravi heyətdə peşəkarların sayının planlı şəkildə artırılmasına və yaxın illərdə onların ümumi sayın 30 faizinə çatdırılmasına yönəldilmişdir. Bundan başqa, silahlı qüvvələrdə işləyən mülki şəxslərin sayı artır. İndi onlar ümumi sayın təxminən 20 faizini təşkil edirlər. Sıravi heyətin təhsil səviyyəsi xeyli yüksəlmişdir. Hazırda Azərbaycan ordusundakı hərbi qulluqçuların 20 faizi ali təhsilli şəxslərdir. Bütün bunlar hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərdə xoşagəlməz halların tamamilə aradan qaldırılması üçün yaxşı zəmin yaradır.

Məruzəyə qayıdaraq demək istəyirəm ki, cənab Arabaciyevin çıxışının əsas müddəalarını dəstəkləyirəm. Bununla belə, hərbi qulluqçuların toplaşmaq və birlik yaratmaq azadlığı hüququ barədə, o cümlədən onlara respublikada fəaliyyət göstərən siyasi partiyalara daxil olmağa icazə verilməsi barədə onun tövsiyələrinə böyük ehtiyatla yanaşıram. Mən əminəm ki, ordu bütün hallarda siyasətdən kənar olmalıdır. Ordunun siyasi oyunlara cəlb olunmasının nə kimi faciəli nəticələrə gətirib çıxardığını biz Azərbaycanda XX əsrin 90-cı illərinin birinci yarısında öz təcrübəmizdə yəqin etmişik. Bundan başqa, qadınların hərbi xidmətə daha fəal cəlb olunması barədə məruzəçinin tövsiyələrinə, milli mentalitetdən, yaxud bu və ya digər dövlətdə təşəkkül tapmış tarixi ənənələrdən asılı olaraq yanaşılmalıdır.

Deputat Qənirə Paşayeva da məruzəyə münasibətini bildirmişdir. O demişdir:

-Məruzədə Azərbaycan ordusunun adının yaxşılar sırasında çəkilməsi çox sevindirici haldır. Məruzəçi Ermənistan ordusundakı vəziyyət barədə sərt ifadələr işlətmişdir.

Məruzədə ordumuzla bağlı iki kiçik irad bildirilmişdir. Mən bu iradlarla qətiyyən razılaşmıram. Məruzəçinin qeyri-hökumət təşkilatlarına istinad edərək söylədiyi “Azərbaycan ordusu xalq arasında populyar deyildir” fikri heç də ordumuzun xalq arasındakı nüfuzunu əks etdirmir. Ordumuz ölkədə çox populyardır. Beynəlxalq aləmdə qəbul edilən “Ray” təşkilatı ordunun məşhurluğu, populyarlığı baxımından sorğu keçirmişdir. Sorğu iştirakçılarının əksəriyyəti “Ən çox kimə inanırsınız?” sualına cavabında ölkəmizin Prezidenti İlham Əliyevdən sonra, Azərbaycan ordusuna böyük etimad göstərdiyini bildirmişdir. Belə olan halda Azərbaycan ordusunun cəmiyyətdə populyar olmadığını demək düzgün deyildir.

Ordumuz nümunəvi və intizamlı olduğuna görə, NATO ilə əməkdaşlıq edir. Bu qurumun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində 1994-cü ildən əməkdaşlığa başlamışdır. Azərbaycan hərbçiləri NATO-nun müxtəlif tədbirlərində layiqincə təmsil olunurlar. Bu, ordumuzun hazırlıq səviyyəsinə müsbət təsir göstərir. Əlbəttə, ordumuzda bəzi problemlər vardır. Ancaq heç kəs bunu unutmamalıdır ki, Azərbaycan ordusu Ermənistan tərəfindən elan edilməmiş müharibəyə cəlb olunmuşdur. Ordumuzun əksəriyyəti bu gün ön cəbhə xəttindəki səngərlərdədir. Əlbəttə, bu da orduya təsir edən amillərdən biridir. Amma müəyyən problemlərə baxmayaraq, Azərbaycan ordusu inkişaf edir.

Digər tərəfdən, ordudakı vəziyyət maliyyə ilə bağlıdır. 2005-ci ildə ordunun büdcəsi 300 milyon dollar idisə, 2006-cı ildə bu vəsait iki dəfə artırılmışdır. Maliyyə imkanlarının artması ordu quruculuğunun inkişafına, maddi-texniki bazanın daha da möhkəmlənməsinə kömək edəcəkdir.

Bir qədər əvvəl çıxış edən erməni deputatın fikirlərinə də münasibətimi bildirmək istəyirəm. O, erməni zabitinin azərbaycanlı zabit Ramil Səfərov tərəfindən qətlə yetirilməsi hadisəsindən bəhs edərək, bunu azərbaycanlılara xas olan bir xüsusiyyət kimi qələmə verməyə çalışdı.

Amma bu deputat yaddan çıxarmamalıdır ki, Ramil Səfərov ermənilərin didərgin saldıqları milyonlarla azərbaycanlıdan biridir. O, ermənilərin apardığı etnik təmizləmə siyasətinin qurbanı olmuşdur. Azərbaycanlıları avropalılara az qala qatil obrazında təqdim etməyə çalışan bu deputat bilməlidir ki, elan olunmamış müharibədə R.Səfərovun neçə-neçə yaxın qohumu erməni hərbçiləri tərəfindən qətlə yetirilmiş, insanlığa yaraşmayan işgəncələrlə məhv edilmişdir. Ona görə də məsələni bu şəkildə qabartmağa dəyməz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər