ATAF-IN BERLİN ŞÖBƏSİ YARADILMIŞDIR
Diaspor ilə İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, mərkəzi Belçikanın paytaxtı Brüsseldə yerləşən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Berlində yeni şöbəsi yaradılmışdır. Berlin məhkəməsi ATAF-ın rəsmi qeydiyyata alınmaqla bağlı müraciətinə müsbət cavab vermişdir.
Şöbənin əsas məqsədi ilk növbədə Berlində və ümumiyyətlə Almaniyada yaşayan azərbaycanlılar arasında əlaqələrin möhkəmlənməsinə çalışmaq, Azərbaycanı alman ictimaiyyətinə daha yaxından tanıtmaqdır. Yaxın vaxtlarda bu məsələlərlə bağlı bir neçə layihə həyata keçiriləcəkdir.
Berlin şöbəsinin yaradılması barədə təklif 2006-cı ildə Almaniya Bundestaqında ATAF-ın keçirdiyi forumda irəli sürülmüşdür.
ATAF-ın Strasburq, Paris, Moskva, Londondakı şöbələri də daxil olmaqla, müxtəlif şəhərlərdə 10-dək bölməsi fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]