ATİ-nin müəllimləri üçün “Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi” mövzusunda təlim keçirilmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) bu ali təhsil müəssisəsi ilə Azərbaycan Turizm Assosiasiyası arasında bağlanmış müqavilə əsasında ATİ-nin müəllimləri üçün “Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi” mövzusunda təlim keçirilmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dörd gün davam edən təlim Amerika Otelçilik və Yerləşdirmə Təhsil Araşdırma Mərkəzinin (The American Hotel & Lodging Education Institute) təlimçisi George Ubbelohde tərəfindən aparılmışdır.
1953-cü ildə yaradılan The American Hotel & Lodging Education Institute (AHLEİ) qonaqpərvərlik sənayesində təhsil, təlim və sertifikatlaşma istiqamətində fəaliyyət göstərir. Başlıca məqsədi qonaqpərvərlik sənayesində təhsil-təlim və peşəkar sertifikatlaşma üzrə ilk mənbə rolunu qoruyub saxlamaqla yanaşı, müvafiq sənayenin ehtiyaclarını proqnozlaşdırmaqdır.
Təlimlərdə ATİ müəllimlərindən 10 nəfər dərs keçmə metodlarının öyrənilməsi, sillabusların hazırlanması, dərslərin keçirilməsində məqsəd, motivləşmə metodları və qiymətləndirmə, texniki avadanlıqdan istifadənin vacibliyi istiqamətləri üzrə təlimdə xüsusi fəallıq göstərmişlər.
Təlimin sonunda ATİ-nin müəllimləri imtahan vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]