Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avstriya qeydləri: Vyana – Avropanın mədəni paytaxtı

Bakı, 27 oktyabr, AZƏRTAC

Vyana qeyri-adi rəngarəng və çoxsimalı şəhərdir. 600 ildən çox müddətdə Habsburqlar imperiyasının mərkəzi olmuş şəhər indi Avstriya Respublikasının paytaxtıdır. Zəngin tarixi sayəsində Vyanada və onun ətrafında çoxlu sayda görməli yerlər qalıb, şəhərin tarixi mərkəzi isə UNESCO tərəfindən Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Turistləri Vyanaya cəlb edən dəbdəbəli saraylar, yüzlərlə muzey, sərgi pavilyonları, teatrlar, konsert meydançaları və incəsənətlə təmasda olmağın digər çoxsaylı imkanlarıdır. Buna görə də haqlı olaraq Vyananı Avropanın mədəni paytaxtı adlandırırlar. Vyana, həmçinin dadlı şirniyyatı, gözəl bağları, təmiz ekologiyası və birbaşa krandan içilməsi mümkün olan təmiz suyu ilə məşhurdur.

Bunun şəxsən şahidi olmaq üçün Vyanaya yollanırıq.

Belveder, Rinqştrasse və sovet memorialı

Hazırda bir neçə aviaşirkət Bakıdan Vyanaya birbaşa uçuşlar təklif edir. Lakin biz Bakıdan Avstriyanın paytaxtına getməyin daha sərfəli yolunu seçdik - Budapeştdən tranzitlə. “Wizz Air” aviaşirkətinin Bakı-Budapeşt təyyarəsinə biletin qiyməti 49 avrodur. “BusExpress” şirkətinin avtomobilləri ilə Budapeştdən Vyanaya getmək isə bundan da ucuzdur - adambaşına 39 avro. Artıq Macarıstanda, Heviz şəhərində olduğumuzdan Vyanaya məsafə 200 kilometrdən də qısa idi. Elə buradan da yola düzəldik.

“BusExpress” şirkətinin sürücüsü bizi düz vaxtında, səhər saat 8-də Hevizdəki otelin qapısından götürdü. İki saat yarıma Avstriyanın baş şəhərinə çatdırmağa söz verdi. Belə də oldu. Yolun böyük hissəsi Macarıstanın mənzərəli yerlərindən keçirdi, odur ki, vaxtın necə ötdüyünü sezmədik. Tezliklə Avstriya ilə şərti sərhədi adladıq və qırx dəqiqə sonra Vyanada qaldığımız ilk otelin - “Daniel”in parklama yerində əşyalarımızı avtobusdan boşaldırdıq. “İlk” sözünü elə-belə işlətmədik, çünki planlaşdırılan üç gecədən yalnız birini bu oteldə keçirdik.

Beləliklə, dördulduzlu “Daniel” oteli ekssentrik dizaynı ilə seçilir: əl-üzyuyan çanaq otağın içərisindədir, duş otağı şəffafdır, binanın damında deformasiyaya uğramış kater (yəqin ki, art-obyektdir) və arı pətəkləri qoyulub. Yeri gəlmişkən, səhər yeməyində süfrəyə bu pətəklərdən yığılan bal gətirilir. Dizayn dizaynılığında qalsın, kiçik otaqda heç çaydan da yox idi. Mehmanxananın yeganə mübahisəsiz üstünlüyü onun Vyana mərkəzi dəmir yol vağzalının və möhtəşəm Belveder saray kompleksinin yaxınlığında yerləşməsidir. Avstriya paytaxtı ilə tanışlığı da bu saraydan başladıq.

Barokko dövrünün bu şah əsəri iki saraydan (yuxarı və aşağı Belveder) ibarətdir. O, şahzadə Savoylu Oygenin (1663-1736) - məşhur sərkərdə və rəsm qədir-qiyməti bilicisinin yay iqamətgahı olub. Bu gün hər iki sarayın binalarında orta əsrlərdən müasir dövrədək Avstriya incəsənəti toplusu yerləşir. O cümlədən Yuxarı Belveder sarayı Qustav Klimt və digər tanınmış rəssamların əsərlərinin dünyada ən böyük kolleksiyası ilə fəxr edə bilər. Aşağı Belveder sarayı yaşayış otaqlarının və təntənəli zalların feodal əzəmətini saxlayıb. Saraylarda təqdim edilən ekspozisiyalara baxmaq üçün bilet almaq lazımdır. Amma sarayın qarşısında salınan böyük bağ və park komplekslərində müftə gəzmək olar. Turistlər zərif fəvvarə və heykəllər fonunda şəkli çəkdirməyi xoşlayır, yerli sakinlər isə burada səhər idman qaçışı edirlər.

Park kompleksini seyr etdikdən sonra Vyananın tarixi mərkəzinə yönəldik və yolda bizim üçün çox gözlənilməz bir abidə - sovet ordusu qəhrəmanlarının xatirə memorialı ilə üzləşdik. Bu böyük kompleks 1945-ci ildə ikinci Dünya müharibəsində Vyana uğrunda döyüşlərdə həlak olmuş 17 min sovet əsgərinin xatirəsinə ucaldılıb. Maraqlıdır ki, abidənin qayğısına qalmaq vəzifəsi antihitler koalisiyası üzrə müttəfiqlər və Avstriya Hökuməti arasında 1955-ci ildə imzalanmış dövlət müqaviləsinə daxil edilib.

Nəhayət, Vyananın əsas küçəsi olan Rinqştrasseyə gəlib çıxırıq. Bu, dağıdılan qala divarının yerində XIX əsrdə salınan dairəvi küçə Köhnə Şəhəri üzük qaşı kimi əhatəyə alır və ən əhəmiyyətli memarlıq abidələrinin cəmləşmə mərkəzidir. XIX əsrin ikinci yarısında inşa edilmiş Dövlət Opera Teatrı, parlament, bələdiyyə, Burqteatr, universitet, Tətbiqi İncəsənət Muzeyi və Vyana Birjasının binalarını qeyd etmək kifayətdir. Həmçinin neo-Renesans üslubunda inşa edilmiş İncəsənət Tarixi Muzeyi və Təbiətşünaslıq Muzeyini xüsusi diqqətə layiqdir. Onlar özündə təkcə böyük bədii və təbii xəzinələri əks etdirmir, həm də memarlıq şedevrləridir.

Üçquruşluq opera, imperatriçə üçün ştrudel və şəkərə batırılmış bənövşələr

Belə qərar verdik ki, üç gün ərzində bütün görməli yerləri gəzib-dolaşmaq mümkün deyil, amma məşhur Vyana Dövlət Opera Teatrına baş çəkmək mütləq lazımdır. Xüsusilə kiçik “kələyi” öyrəndikdən sonra. Məsələ ondadır ki, hər axşam tamaşanın başlamasından 80 dəqiqə əvvəl xüsusi kassa açılır və orada operaya bileti 3-4 avroya almaq olar! Opera Teatrının rəhbərliyi “İncəsənət xalq üçündür” şüarına belə anlam verir və onu var gücü ilə həyata keçirir. Bu qiymətə alınan biletlə tamaşaçı parterdə və ya balkondakı ayaqüstü yerlərə giriş imkanı əldə edir. Xəyalımızda ucuz bilet almaq kilometrlərlə uzanan növbə və basırıqla birgə canlandı. Lakin xoşbəxtlikdən bu kimi vəziyyət əsla müşahidə olunmurdu. “Korsar” baletinə bilet satılırdı və tamaşanın başlamasına bir saat qalmış növbədə cəmi on-on beş nəfər dayanmışdı. Tez bilet alıb teatr binasına girdik.

1869-cu ildə inşa edilmiş Opera Teatrı ikinci Dünya müharibəsi zamanı xeyli zədələnmişdi və 1955-ci ildə bərpa edilib. Binanın interyeri bu cür teatrlara yaraşacaq dərəcədə təmtəraqlıdır. Təsadüfi deyil ki, gündüz saatlarında binada fərdi ekskursiyalar təşkil olunur. Giriş foyesi, ön pilləkən, çay otağı, mərmər zal, çay salonu, Şvind foyesi, Qustav Maler zalı və tamaşa salonunun tərtibatına saatlarla baxmaq olar. Ətraf qızılı rəngdədir, divarlar və tavanlarda rəsmlər, məxmər və büllur göz qamaşdırır. Tamaşa başlanmazdan əvvəl Opera Teatrının binasına göz gəzdirmək və foto çəkmək olar. Çoxları belə də edir. Amma elə ki zalda işıqlar sönür və pərdələr qalxır, kameranı yığışdırmaq məsləhətdir - çəkiliş qadağandır və sayıq nəzarətçilər buna ciddi nəzarət edirlər. Baletə birinci akta qədər baxıb, teatrı tərk etdik və gecə gəzintisinə çıxdıq.

Bir çox digər Avropa şəhərlərində olduğu kimi, Vyana mağazaları çox tez, saat altı və ya yeddidə bağlanır. Axşam saatlarında kafe, restoran və klublar açıqdır. Şəhərdə bir az gəzdikdən sonra belə qərara gəldik ki, Vyanada səfərdə olub Vyana ştrudelini dadmamaq bağışlanmaz olardı. Mehmanxanamızın yaxınlığında gözümüzə “Zeitgeist” otelinin birinci mərtəbəsində yerləşən “Pergola” adlı restoran sataşdı. İçəridə adam çox idi, demək olar ki, bütün masalar tutulmuşdu. Nə etmək olar, avropalılar axşamı restoranlarda keçirməyi xoşlayırlar! Bizim üçün də yer tapıldı. Qaymaq və vanil souslu alma ştrudelinin dadı damağımızda qaldı. Hamıya məsləhət görürük: ştrudellə bərabər, “melanj” (avstriyalılar kapuçinoya belə poetik ad veriblər) sifariş verməyi də unutmayın.

Ümumiyyətlə, ən incə şirniyyat və desertlərlə ad çıxarmış Vyana lap çoxdan bütün dünya şirnisevərlərinin görüş yeridir. İki əsr boyu fəaliyyət göstərir məşhur “Demel” qənnadı mağazasına da baş çəkdik. Bu, keçmiş sarayyanı qənnadı müəssisəsi şəkərə batırılmış bənövşələr də olmaqla, Avstriya imperatriçasını fantastik təamlarla təchiz edib. Zərif bədən quruluşuna baxmayaraq, xalqın hələ də nəvazişlə Sisi adlandırdığı Bavariyalı Elizabet şirniyyatı dəlicəsinə sevərdi.

Bu gün də “Demel” markası desertlər və qəhvənin yüksək keyfiyyət zəmanətçisidir. Qənnadı mağazasındakı kafeteriyada oturmaq üçün uzun növbədə dayanmalısan, buna isə səbrimiz çatmadı. Pirojnalar alıb oteldə dadına baxdıq - əla!

Eyniadlı oteldə yerləşən “Zaxer” qənnadı mağazasına da baş çəkmək lazım idi. Bu xalis Vyana müəssisəsində 1832-ci ildə məşhur “Zaxer” tortu icad edilib. Amma deyəsən, artıqlaması ilə şirniyyat yemişdik, odur ki, “Zaxer”i dadmağı sonraya saxladıq.

Dunay çayının sahilində yerləşən Vyana muzeyləri ilə məşhurdur. Köhnə şəhərdə qarşımıza “Haus der Musik” - “Musiqi Evi” çıxdı. Güman edildiyi kimi, bu, musiqi alətlərinin darıxdırıcı sərgisi yox, möhtəşəm musiqi və səslər dünyasına maraqlı səyahətə dəvət edən altımərtəbəli müasir interaktiv muzeydir. Məsələn, birinci mərtəbədə musiqili pilləkən var, onunla qalxdıqca ixtiyarsız olaraq bu və ya digər notu səsləndirirsən. Fürsətdən istifadə edib sadə bir melodiyanı da səsləndirmək olar. İkinci mərtəbədə ayrıca otaq səs-küylərin prenatal qavrayışına həsr olunub. Burada çağanın ana bətnində səslər aləmini necə qəbul etdiyini eşitmək olar. Sonosferdə öz səsinlə eksperiment aparmaq və yeni alətlərdə çalmaq mümkündür. Səslər qalereyası kosmosun, Nyu-York küçələrinin uğultusunu və ya təbiət səslərini eşitməyə imkan verir. Üçüncü mərtəbə insanı Haydn, Motsart, Bethoven və digər bəstəkarların həyat və yaradıcılığı ilə tanış edərək, Vyana klassik dünyasına aparıb çıxarır. Xüsusi “Virtual rejissor” qurğusu sizə Vyana Filarmoniyası Orkestrinin dirijoru olmaq imkanı yaradır.

Qulaqlarımızı cingildədib, əyani zövqlər üçün Müasir İncəsənət Muzeyinə - “Mumok”a getdik. O, dünyanın ən böyük mədəni komplekslərindən biridir və Vyana Muzey Məhəlləsində yerləşir. Muzeydə müasir sənət nümunələri ilə qonşuluqda Endi Uorhol, Klas Oldenburq, Pablo Pikasso, Yoko Ono, Günter Brus və Gerhard Rixterin əsərləri təqdim edilir. Kolleksiyaya təxminən 9 min əsər daxildir: rəsm əsərləri, heykəllər, instalyasiya, təsvirlər, qrafika, foto, video, film, memarlıq modelləri və mebellər. Sonuncu mərtəbədə Vyana akionizmi - beynəlxalq avanqardın inkişafına radikal Avstriya töhfəsi ilə tanış ola bilərsiniz. XX-XXI əsrlərin incəsənətini xoşlayırsınızsa, “Mumok” sizə mütləq maraqlı görünəcək.

Son söz əvəzi

Vyana səfərinin son günündə bəlkə də ən maraqlı səyahət imperatrica Elizabetin keçmiş yay iqamətgahı Şönbrunn saray kompleksinə oldu. Barokko üslublu bu kompleksin bir hissəsi gözəl park, kiçik Palma Evi və dünyanın ən qədim zooparkıdır. Həmin günün axşamı Vyananın mərkəzindəki 250 yaşlı attraksion parkı - Praterə yollandıq! Məhz burada şəhərin rəmzlərindən biri - nəhəng Müşahidə Çarxı quraşdırılıb. Bütün bunlar barədə reportajımızın növbəti hissəsində söz açacağıq.

Yeri gəlmişkən, Vyanada su həqiqətən təmiz və dadlıdır. Onu birbaşa krandan içmək olar, şəhərin bir çox yerlərində isə pulsuz su avtomatları quraşdırılıb, odur ki, turistlərin təşnəsi olmayacaq!

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Foto: Vitali Nəzərəliyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir