Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avstriya qeydləri: Zalsburq – Motsartın Alp diyarındakı şəhəri

“Gördüyüm gözəl yerlərin hamısı, duyğularıma görə, Zalsburqun təbii gözəlliyi ilə müqayisədə yalnız onun kiçik bir hissəsidir”. Ən məşhur zalsburqlu Volfqanq Amadey Motsart doğma vətəninə sevgisini bir dəfə belə ifadə edib. Burada olmuş hər kəs onunla razılaşır. Zalsburq dünya əhəmiyyətli şəhərlər arasında ən kiçiyi olsa da, böyük şəhər formatına malikdir. Dolama küçələr, geniş meydanlar, zərif parkları olan dəbdəbəli saraylar əsrlər boyu dünyanın dörd bir yanından turistləri özünə cəlb edir. Ətrafda isə möhtəşəm dağ panoramı uzanıb gedir. Bu qədim şəhər indi də öz cazibəsinin sirrini qoruyur. Bu sirri açmağa cəhd etmək üçün Zalsburqa yollanırıq.

Zalsburqun sol və sağ sahilləri

Zalsburqdan Vyanaya qədər məsafə təxminən 300 kilometr təşkil edir və qatarla iki saat yarımlıq yoldur. Geniş prospektləri, nəhəng heykəlləri və memarlıq tikililəri olan böyük Vyanadan sonra Zalsburq rahat, demək olar ki, oyuncaq şəhər təəssüratı yaradır.

Zalsax çayı ilə şəhər iki hissəyə bölünür. Biz sağ sahildə - Yeni Şəhərdə məskunlaşdıq. Zalsburqun bu hissəsi şəhərin sol sahilində sıxlıq yarandığı vaxt, XVII əsrdə inşa edilməyə başlayıb. Sağ sahilin əsas görməli yeri Mirabel sarayı və parkı sayılır. Bu məqamda qeyd edək ki, Zalsburqu arxiyepiskoplar idarə edib. Odur ki, burada istənilən az-çox mühüm hadisələr və memarlıq abidələri ruhanilərlə bağlıdır. Lakin onların yalnız kilsə və monastır tikdirdiyini düşünmək yanlış olardı. Subaylıq əhdinə baxmayaraq, bəzi arxiyepiskopların arvadları, uşaqları, məşuqələri olub. Onlar saraylar və qəsrlər tikdirib, bir sözlə, keflərindən qalmayıblar.

Mirabel sarayı 1606-cı ildə knyaz-arxiyepiskop Volf Ditrix fon Reytenau tərəfindən sevgilisi Salomeya Alt üçün tikilib və hazırda burada şəhər meriyası və nikah sarayı yerləşir.

Kiçik mələklərin və Georq Rafael Donnerin heykəlləri olan barokko üslublu mərmər giriş pilləkəni Mirabel sarayının ən böyük dəyəri hesab olunur. Pilləkən Mərmər zala aparıb çıxarır. Bir vaxtlar ata-Leopold Motsart və uşaqları Volfqanq və Nannerlin çıxış etdiyi, knyaz-arxiyepiskopların keçmiş bayram zalı bu gün dünyanın ən gözəl toy salonlarından biri kimi tanınır. Burada müntəzəm olaraq nikah mərasimləri, konfranslar, yubiley tədbirləri və klassik musiqi konsertləri keçirilir.

Saraydan çıxıb Mirabel parkına ayaq basırıq. İndiki formasında park 1690-cı ildə layihələndirilib və Avropa bağ-park sənətinin möhtəşəm nümunəsidir. Parkdakı fəvvarə ətrafındakı dörd böyük mərmər heykəl qrupu təbiətin dörd ünsürünü ehtiva edir. Alp dağlarının şimalında, açıq havada ən qədim teatrlardan biri - canlı təbiətlə haşiyələnmiş Yay Teatrı və Cırtdanlar Bağı yerləşir. 1715-ci ildə burada ağ mərmərdən hazırlanmış 28 əyləncəli cırtdan heykəli ucaldılıb. Sonralar hökmdarlar bu heykəlləri çox çirkin və qeyri-ciddi hesab edərək sökdürüb, lakin daha sonra heykəllər yenidən yerinə qaytarılıb. Bir neçə fiqur itib və bu gün parkda 17 heykəl qalıb.

Parkda gəzişə-gəzişə Zalsax çayı üzərindəki körpüyə gəlib çıxırıq. Bu körpü Zalsburqun sol tərəfinə - Köhnə Şəhərə açılan yoldur. Körpünün bütün sürahilərindən romantik cütlüklərin qoyub getdiyi qıfıllar asılıb. Bu, Avropa şəhərlərində çox geniş yayılmış ənənədir.

Köhnə Zalsburq memarlıq üslublarının rəngarəngliyi ilə əsl xəzinədir. 1997-ci ildə Köhnə Şəhər UNESCO tərəfindən “Dünya Mədəniyyət İrsi” elan edilib. Köhnə Şəhərin çoxsaylı kiçik dolanbac küçələri ilə asta-asta gedərək məhdud məkanda müxtəlif dövrlərin binalarını görə bilərsiniz.

Qaya üzərində qala, At Hamamı və Mönxsberq

Köhnə Şəhərin yerləşdiyi məkanın özü heyrət doğurur: Çayla qayalıqlı Mönxsberq (rahib dağı) və Festunqberq (qala dağları) dağları arasındakı dar zolaqda yerləşən Hoenzalsburq qalası Zalsburqun rəmzidir. 1077-ci ildə zirvədə inşa edilmiş bu qala şəhərin demək olar ki, hər yerindən görünür. Zalsburqa dair bütün açıqcalarda onun şəkli var. Bu, Avropanın ən böyük və ən yaxşı qalmış qala komplekslərindən biridir. Qaladan Zalsburq şəhərinə və ətraf ərazilərə heyrətamiz mənzərə açılır. Qala ərazisinə ekskursiya çərçivəsində unikal Knyaz otaqları, Zalsburq öküzü (500 yaşlı, mexanizmləri işlək vəziyyətdə olan orqan), habelə müdafiə tikililəri və işgəncə kameralarını görmək mümkündür.

Yeri gəlmişkən, 1767-ci ildə Mönxsberq dağının altından Avropanın ən qədim tunellərindən biri çəkilib və ondan bu gün də istifadə olunur.

Köhnə şəhəri gəzə-gəzə mərkəzi meydana - Rezidentsplatsa gəlib çıxırıq. Bu meydan italyan memarların rəhbərliyi ilə XVII əsrin əvvəllərində salınıb. Mərkəzi meydandakı barokko üslublu Tomazo di Qarona fəvvarəsi Untersberq dağının mərmərindən düzəldilib, hündürlüyü 15 metrdir. O, Alpın şimal ətəklərində ən böyük və ən gözəl barokko fəvvarəsi hesab olunur. Meydanın qərb tərəfində arxiyepiskop iqamətgahı ucalır. O, Zalsburq knyaz-arxiyepiskoplarının keçmiş təntənəli sarayı, onların dini-dünyəvi hakimiyyətinin mərkəzi olub. Bu monumental bina kompleksi barədə salnamələrdə ilk qeyd 1232-ci ilə aiddir. İqamətgaha ekskursiyada iki əsrin təsviri incəsənətinin tarixini izləmək olar. Rəngkarlıq sənəti, memarlıq və plafon rəssamlığı şedevrləri, freskalar, gips bəzəkləri, tikmələr, mərmər portallar, çoxsaylı qiymətli saatlar və rəsmlər həmin dövrün sərvətləri barədə təsəvvür yaradır.

Köhnə Şəhərin ən məşhur yerlərindən biri də At Hamamıdır. Bu, Kapitelplatts meydanında Neptunun heykəli ilə birgə ağ mərmər fəvvarədir. Əvvəllər burada arxiyepiskop tövlələrində saxlanılan atları çimizdirirdilər.

Zalsburq sakinləri gözəllik aşiqləridir. Təəccüblü deyil ki, hətta yerli qəbiristanlıq dünyanın ən gözəl məzarlığı sayılır! Söhbət müqəddəs Peter qəbiristanlığından gedir. 1300 il ərzində burada məşhur insanlar, o cümlədən Motsart və Mixael Haydn son mənzillərini tapıb. Qəbiristanlığın özəlliklərindən biri Mönxsberq dağındakı katakombalar və monastır çörəkxanasıdır. Onların da dünyanın ən qədimlərindən olduğu iddia edilir.

Sonra yolumuzu Mönxsberq dağı ətəyindəki Müasir İncəsənət Muzeyindən saldıq. Muzeyin birinci mərtəbəsindəki lift sizi Mönxsberq terrasına çıxaracaq. Zalsburq şəhəri terrasdan ovuc içi kimi görünür.

Motsartla şam yeməyi və əyləncəli fəvvarələr

Zalsburqun məşhur övladı Volfqanq Amadey Motsartın şəhərə təsiri danılmazdır. Onun doğulduğu Getraydeqasse küçəsindəki ev, Makartplatts küçəsində yaşadığı bina və Motsartın musiqisi Zalsburqa səyahətin kulminasiya nöqtəsi hesab olunur. “Stiftskeller St. Peter” restoranında isə Motsart musiqisi altında şam yeməyi (Mozart Dinner Concerts) verilir.

Bu restoran barədə ilk qeyd 803-cü ilə, imperator Böyük Karlın tərəfdarı olmuş rahib Alkuinə aiddir və “Stiftskeller St. Peter”in Avropada, bəlkə də dünyada ən qədim restoran olduğu iddia edilir - onun 1200 yaşı var! Restoran indi də tarixinin başlandığı yerdə, Köhnə Şəhərdəki Müqəddəs Peter abbatlığında yerləşir.

Motsartın əsərlərindən ibarət konsert restoranın geniş zalında keçirilir. Tarixi reallığa uyğun olaraq, burada elektrik işıqları əvəzinə, şamlar yandırılır. Çıxışlar arasında süfrəyə Motsartın yaşadığı dövrün reseptləri əsasında hazırlanan yeməklər gətirilir: yerli yağla ənənəvi qara çörək, zərif limon tamlı bulyon, tərəvəzli toyuğun döş əti və qızardılmış kartof, eləcə də meyvə sousu ilə dondurulmuş bal deserti.

Ertəsi gün bizi Zalsburqun ən məşhur sarayına - geniş park və dünyada yeganə əyləncəli fəvvarələri olan Helbrunna səfər gözləyirdi.

1612-ci ildə, hakimiyyətə gəlişindən bir neçə ay sonra Zalsburqun knyaz-arxiyepiskopu Markus Sittikus fon Hoenems bol sulu Helbrunn dağının ətəyində şəhərkənarı sarayın inşası barədə əmr verir. İtalyan mədəniyyəti və incəsənətinin aşiqi olan Markus Sittikus əzəməti və gözəlliyi ilə cənub nümunələrinin oxşarı olan yay iqamətgahının (“Villa suburbana”) tikintisini Kafedral kilsənin inşası ilə məşhurlaşmış memar Santino Salyariyə tapşırır. Beləliklə, çox qısa müddətdə Zalsburq şəhərinin cənub hissəsində memarlıq incisi yaranır. O, Alp dağlarının şimalında İntibah üslubunda tikilən ən dəbdəbəli yaradıcılıq məhsulu hesab edilir.

Helbrunn, demək olar ki, 400 ildir əyləncə tədbirlərinin mərkəzidir. Saraya təşrif gətirən qonaq işıq və kölgə, qorxu və əyləncə hisslərinin daimi yerdəyişməsinə şahid olur. Əyləncəli fəvvarələr arasında ən məşhuru qapaqlı fəvvarədir. Əvvəlcə tamaşaçı daş fincanın içərisindəki metal qapağı görür, qapaq qəflətən qalxıb-enməyə başlayır, sonra havaya su şırnağı yüksəlir. Tədricən suyun təzyiqi azalır və qapaq yerinə qayıdır.

1730-cu ildə imperator bağlarının müfəttişi Frans Anton Danrayterin planına əsasən, geniş parkın forması dəyişdirilib və çağın “yeni” ruhuna uyğunlaşdırılıb.

Knyaz-arxiyepiskop Markus Sittikus Helbrunndakı təbii daş karxanasını səhnəyə çevirmək barədə əmr verib və beləcə, Avropada açıq səma altında ən qədim səhnə - “Daş Teatrı” yaranıb.

Şirin final

Zalsburqu tərk etməzdən əvvəl bələdçinin tövsiyəsi ilə məşhur “Motsart” konfetlərini daddıq. Təxminən yüz il əvvəl zalsburqlu şirniyyatçı Paul Fürst bu gün dünyada çox məşhur olan bu konfeti icad edib. Yaşıl fıstıq, nazik nuqa qatı və tünd şokolad şirəsindən ibarət “Motsartkuqel” konfetləri indi də əl ilə, eyni reseptlə hazırlanır və yalnız Zalsburqun dörd qənnadı mağazasında satılır. Bu mağazalardan biri Getraydeqasse küçəsində yerləşir. Bir konfetin qiyməti 1,2 avrodur.

Avstriyalı şirniyyatçı Frans Zaxerin çox məşhur “Zaxer” tortunun dadına da məhz Zalsburqda baxdıq.

Nəhayət, daha bir Zalsburq desertini qeyd etmək istəyirik. Onu “Crowne Plaza Salzburg” otelinin altıncı mərtəbəsindəki “Imlauer Sky Bar” restoranında daddıq. “Nokerl” deserti elə böyük idi ki, üç adama kifayət edərdi. Məzuniyyətinizi Zalsburqda keçirsəniz, istirahətiniz də bu cür şirin ola bilər!

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Foto: Vitali Nəzərəliyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir