Aygün Əliyeva: Aksiyada 100-ə yaxın qeyri-hökumət təşkilatları iştirak edir
Bakı, 16 mart, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yarandığı gündən bu günə qədər ekologiya sahəsində qeyri-hökumət təşkilatlarının təşəbbüsünü hər zaman dəstəkləyib və bu 3 il ərzində agentlik qeyri-hökumət təşkilatlarının ekologiya sahəsində 243 təşəbbüsünə maliyyə dəstəyi verib. Bu il bu mövzuya maraq rekord həddə çatıb - agentlik tərəfindən 117 layihə təşəbbüsü qəbul olunub, hazırda onlar qiymətləndirmə mərhələsindədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
O, həmçinin qeyd edib ki, agentlik hər il Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə bərabər Bakının müxtəlif ərazilərində ağacəkmə aksiyaları təşkil edir. Bu gün də Bakı şəhərinin Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə Abşeronun iqlim və torpaq quruluşuna uyğun olaraq zeytun və Eldar şamı ağacları əkilir. Bu aksiyada 100-ə yaxın qeyri-hökumət təşkilatı iştirak edir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları mövsümə uyğun olaraq davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:18]
Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
- 14.10.2026 [15:50]
Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]