Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aysel Mirzəyeva: Mən kor-koranə dəbin arxasınca getməyin deyil, fərdiliyin tərəfdarıyam

Aysel Mirzəyeva: Mən kor-koranə dəbin arxasınca getməyin deyil, fərdiliyin tərəfdarıyam

Bakı, 14 avqust, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın populyar blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz Asolia adı ilə də tanınan uğurlu moda blogeri Aysel Mirzəyevadır. O, öz bloqunda dəriyə və saçlara qulluq edilməsi, moda tendensiyaları barədə danışır, həmçinin abunəçilərini məxsusi üslub axtarmağa ruhlandırır.

Aysel AZƏRTAC-a müsahibəsində bloqunu necə inkişaf etdirməsindən bəhs edib və blogerliyə yeni başlayanlara məsləhətlər verib.

- Aysel, blogerliyə necə başladınız?

- Bloqum on il əvvəl yaranıb. Təhsil aldığım Yunanıstandan Azərbaycana qayıtdım. O zaman bizim insanların çoxu əsasən, qara, boz və ya bu rənglərin çalarlarında geyinirdi. Mənim həddən artıq emosional, çox ekstravert təbiətim parlaq, zəngin tərzdə geyinməyi sevir. Sonra düşündüm ki, rənglərin necə birləşdirilə biləcəyini göstərməyin vaxtıdır. İnsanlar rənglərlə oynamağı və onları birləşdirməyi bilmədiyi üçün çox vaxt parlaq geyinmirlər. Bundan əlavə, mən o zaman hamilə idim və çox istəyirdim ki, ana olmağa hazırlaşan qadın gözəl, zərif görünsün, qəşəng paltarlar geyinsin və baxımlı olsun. O, mütləq xalat geyinmək məcburiyyətində deyil, parlaq, maraqlı geyinə, hətta axşam paltarı geyinib hamiləliyini büruzə verə bilər. Bu, həmin vaxt Azərbaycanda birmənalı qarşılanmırdı. Belə tərzləri bloqda göstərməyə başlayanda, mənim sayəmdə ruhlandıqlarını və hamilə olanda parlaq geyindiklərini yazan qızlardan rəylər almağa başladım.

- Hansı məqamda blogerliyin sizin əsas fəaliyyət sahəsi olduğunu anladınız?

- Kifayət qədər uzun müddət bloqu yalnız hobbi hesab edirdim. Marketinq mütəxəssisi kimi işləməyə davam etdim, əsas ofis işim var idi. Ancaq pandemiyadan əvvəl başa düşdüm ki, ya birini, ya da digərini seçmək lazımdır, çünki bloq çox vaxt aparır və tam ştatlı bir işdir. Hətta deyərdim ki, bloqa səhər saat 9-dan axşam 6-ya kimi çalışdığınız bir ofis işindən daha çox vaxt ayırmaq lazımdır. Sən ofisdən çıxdın və işin bitdi. Bloq isə həftədə 24 saat fəaliyyət tələb edir, istirahət günləri və ya bayramlar yoxdur, çünki insanların tətildə olduğu dövrdə onlar sadəcə sosial şəbəkələrə gəlirlər. Bu günlərdə görəcəyim işlər qrafikə sığmır. Müvafiq olaraq, pandemiya başlayanda mənim əsas işim bitdi və artıq başa düşdüm ki, daha çox bloq yazmaq istəyirəm. Pandemiya zamanı buna xeyli vaxt və səy sərf edə bilərdim. İndi marketinq biliklərimi bloqda tətbiq edirəm.

- Dəb, üslub, gözəllik haqqında o qədər çox bloq var ki, orada asanlıqla itə bilərsən. Amma siz bu sektorda uğur qazandınız. Uğurunuzun sirri nədədir?

- Çoxlu sayda abunəçisi olan bloqlar var, amma hesab edirəm ki, bloqumun uğurunun sirri məni çox dəstəkləyən, sadiq və ağıllı auditoriyamın olmasıdır. Düşünürəm ki, uğurumun bir hissəsi də modanın kor-koranə ardınca getməyim deyil, fərdiliyin tərəfdarı olmağımla bağlıdır. Mən trendlərdən danışıram, amma həmişə vurğulayıram ki, qadın özünə uyğun gələndən yapışmalıdır; sizə dəblə geyinməyi göstərməkdənsə, bələdçilik edir, dəyərli məsləhətlər verirəm. Koko Şanel həmişə deyirdi: “Moda keçicidir, amma üslub əbədi olaraq qalır”.

- Ümumiyyətlə, ölkəmizdə moda sənayesini necə xarakterizə edə bilərsiniz?

- İnanılmaz brendlərimiz var! Çox qürur duyuram ki, keyfiyyət, üslub və milli zövq baxımından beynəlxalq arenaya çıxarıla biləcək brendlərimiz mövcuddur. Birtərəfli olmamaq çox vacibdir, çünki dünyada eyni, oxşar brendlər çoxdur. Dünyaya təklif edə biləcəyimiz unikallığımız, Şərq zövqümüz, naxış və motivlərimizdir ki, çoxları bunu yüksək səviyyədə edir.

- İndi blogerlikdən danışaq. Ölkəmizdə bu sahə hansı səviyyədədir?

- İndi blogerlikdən danışaq. Ölkəmizdə bu sahə hansı səviyyədədir?

- Bütün dünyada olduğu kimi, bizdə də çoxlu blogerlər var. Elələri var ki, öz yerini tapırlar. Mikrobloqlarla məşğul olanlar da var, milyonlarla auditoriyaya çatanlar da. Mənə elə gəlir ki, azərbaycanlı blogerlərin əksəriyyəti çox yaxşı səviyyədədir. Mən beynəlxalq blogerləri izləyirəm və hesab edirəm ki, məzmun baxımından bir çox azərbaycanlı blogerlərin yaxşı nəticələri var. Onların bloqları vizual olaraq qurma üsulları sadəcə sözlə ifadə edilə bilməz! Qlobal tendensiyalar nöqteyi-nəzərindən Azərbaycan bir qədər geridədir, lakin buna baxmayaraq, çox sürətlə irəliləyir. Yeri gəlmişkən, son illərin tendensiyası ondan ibarətdir ki, insanlar yenidən “longrid”ə (uzun mətni oxumaq - müəllif) qayıtmaq istəyirlər, nəyisə oxumaq, nəyisə saxlamaq arzusu yaranıb. Blogerin bu sahədə öz təcrübəsi olmalıdır. İnsanlar unikal təcrübələr görmək istəyirlər.

- Blogerliyə yeni başlayanlara nələri məsləhət görərdiniz?

- Bir neçə amili nəzərə almaq lazımdır; birincisi, öz yerini tapmaq, nədə uğur qazana biləcəyinizi başa düşməkdir. İkincisi, videoçarxlar çəkməkdir, çünki bu, sizi çox tez tanıtdıracaq. Üçüncüsü, alqoritmlərdən düzgün istifadə edin, çünki videolarınızı tez bir zamanda viral etmək üçün aydın bir alqoritm var. Gözəl bir mövzu da var - podkastlar, yəni müsahibələr və ya başqaları ilə əməkdaşlıq. Əgər insan öz bloqunu sürətlə inkişaf etdirmək istəyirsə, güclü mühərriklərdən biri hamı ilə, artıq ondan iki-üç addım öndə olanlarla işləməyə başlamaqdır. Artıq nəyəsə nail olmuş insana yaxınlaşıb “mən sizdən müsahibə götürmək istəyirəm” deyirsiniz. Bir insan kiminsə onu dinləmək istəməsindən məmnundur və eyni zamanda, onun platformasından istifadə edərək izləyicilərin diqqətini özünüzə cəlb edirsiniz.

- Həmin adamın razı olacağına zəmanət varmı?

- Sizə rədd cavabı verilməsi riski var. Amma burada yanlış bir şey yoxdur. Bir və ya iki nəfər imtina edəcək, ancaq sizin kimi böyüyən birini tapın və o, əməkdaşlıq etməkdə maraqlıdır, çünki kiminsə onu eşitməsini istəyir.

- Yaxşı, uğurlu blogerlərlə əlaqə saxlamaqdan çəkinməmək lazımdır?

- Qətiyyən yox! İnsanlar danışmaq istəyirlər.

- Aysel, indi eksperiment vaxtıdır. Təsəvvür edin ki, mən sizə bir mütəxəssis kimi müraciətlə imicimi tamamilə dəyişdirməyinizi xahiş edirəm. İndi göründüyüm demək olar ki,

- Oh, əllərim qaşınır! (Gülür.) Baxın, indi sizin çox mülayim, incə və mehriban olduğunuzu göstərmək üçün üslubunuz var. Geyimlərimiz insanlara daxili mesajımızı əks etdirir. Qarşılaşdığınız insanlara nəyi çatdırmaq istəməyinizdən asılı olaraq uyğun geyim tərzi seçməlisiniz. Bir tərəfdən, mən sizin üçün daha təbii çalarları, sakit olanları seçərdim - belə bir emosional tipə sahibsiniz, digər tərəfdən, sizin üzərinizdə çox zəngin rəngləri sınayardım - gözlərinizin rənginə uyğun yaşıl və ya tünd mavi rəngləri vurğulamaq rəng tipinizə uyğun gəlir. Bir az daha parlaq, aktiv aksesuarlar da əlavə edərdim.

- Çox sağ olun! Mütləq cəhd edəcəyəm! Ancaq nəhayət, oxucularımıza bir neçə məsləhət verək; bu yay mövsümünün tendensiyaları hansılardır?

- Ötən yaydan bizim üçün qalan tendensiya şəffaflıqdır. Bunlar uzun şəffaf yubkanın altında qısa ətəklər və ya şortlar, habelə şəffaf köynək altında qapalı üstlər ola bilər. İndi tendensiya açıq çiyinləri, silueti göstərməkdir. Yəni, bir neçə il əvvəl hər şey geniş və kişiyə xas idisə, indi qadınlıq üslubu qayıdıb. Üz və saça gəlincə, yenə minimal makiyaj, sağlam dəri, havalı qıvrım saçlardan danışırıq - sıx deyil, amma sanki dənizə qərq olub oradan çıxmısınız. Rəng baxımından nəyimiz var - yayda ağ, qum çalarları həmişə aktualdır, heç vaxt dəbdən düşmür, yaşıl tonlar - otlu yaşıl, dəniz tonları da trendə daxildir - firuzəyi, mavi rənglər. Zərgərliyə keçsək, bunlar metal zərgərlik, yayda isə dəniz mövzularıdır: balıqqulağı, ulduzlar. Mirvari mövzusu heç vaxt aktuallığını itirmir, amma indi ən zirvədədir. Onları şahzadə Diana və ya Kraliça Elizabet kimi yalnız klassik versiyada taxmaq olmaz. Bu, boynuna bir neçə dəfə bükülmüş uzun mirvari silsiləsi, çiyninə atılan mirvari sapı və ya mirvaridən toxunmuş baş geyimləri ola bilər. Nənənizin incilərini götürə və ona bir növ bəzəkli ip bağlaya bilərsiniz və bu, çox aktual olacaq.

- Biz belə də edirik!

- Bəli, biz belə də edirik! (Gülür.)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib  

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb