Azərbaycan - İrlandiya oyununun birinci hissəsi başa çatıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan - İrlandiya oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, norveçli baş hakim Espen Eskasın idarə etdiyi oyunun ilk hissəsində irlandiyalı Kallum Robinson dubl edib - 2:0.
Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 2 xalla dördüncü, hesabında 1 xal olan millimiz isə sonuncu pillədə yer alıb.