Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan - Türkiyə: “Bir millət, iki dövlət” prinsiplərinə sədaqət

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan və Türkiyə arasında qədim tarixi olaylara, həmçinin mədəni və etnik bağlara əsaslanan xüsusi münasibətlər mövcuddur. Azərbaycanlılar və türklər eyni türk mənşəlidirlər və ortaq əcdadları var. Oğuz türkləri tərəfindən təşkil olunmuş Səlcuq imperiyası bugünkü Türkiyə və Azərbaycanın bünövrəsi hesab olunur. Hər iki ölkə coğrafi cəhətdən yaxındır və Azərbaycan Türkiyə ilə Naxçıvan regionunda kiçik bir sərhədi paylaşan yeganə türkdilli dövlətdir. Bütün bunlar müasir günümüzün Azərbaycanı və Türkiyəsi arasında xüsusi əlaqələrin qurulmasına öz töhfəsini vermişdir.

Bu iki ölkə arasındakı əlaqələri daha yaxşı anlamaq üçün biz Osmanlı imperiyasının Birinci Dünya müharibəsi dövründəki tarixinə nəzər salmalıyıq. Həmin dövrdə Osmanlı ordusu çox çətin durumda idi və imperiya özü isə tənəzzülə gedirdi. Müharibənin ilk illərində bütün bu çətinliklərə baxmayaraq, Çanaqqala (Gelibolu) savaşında Osmanlının zəfəri çox mühüm, lakin olduqca çətin qələbə idi. Çanaqqala savaşı Birinci Dünya müharibəsi zamanı Antanta İttifaqına daxil olan dövlətlərin Avropadan Rusiyaya olan dəniz yolunu öz nəzarəti altına keçirtmək üçün bir cəhd idi. Həmin kampaniya ilk olaraq Britaniya və Fransa gəmiləri tərəfindən Dardanel boğazında 1915-ci ilin fevralında dəniz hücumu ilə başladı və aprelin 25-də Britaniya və Fransa qoşunları, Avstraliya və Yeni Zelandiya ordu korpusları tərəfindən Gelibolu yarımadasının zəbti ilə davam etdi. Boğazların işğalı İttifaq dövlətlərinə Rusiya ilə Qara dənizdə birləşməyə imkan verəcək və onlar birgə fəaliyyət göstərərək Türkiyəni sıradan çıxara biləcəkdi. Lakin doqquz ay Osmanlı dövlətinin əsgərləri öz vətənlərini çoxsaylı xarici qüvvələrin işğaldan müdafiə etmək üçün mərdliklə savaşdılar. Osmanlı əsgərləri Mustafa Kamal Atatürkün başçılığı ilə ölüm-dirim savaşına hazır idilər. Onlar vətənlərinin müdafiəsini özləri üçün müqəddəs bir vəzifə bilirdilər. Çanaqqala savaşında hər iki tərəfdən böyük itkilər oldu. Osmanlı ordusu qətiyyətlə savaşaraq qələbə çaldı. Osmanlı ordusunun Qafqaz kampaniyasında türklərə qoşulan azərbaycanlılar da müttəfiqlərə qarşı Çanaqqala savaşında əzmlə mübarizə apardılar. 4 minə yaxın azərbaycanlı osmanlı türkləri ilə çiyin-çiyinə xarici işğala qarşı mübarizə apararaq canlarından keçdilər. Bu, möhtəşəm bir qardaşlıq nümunəsi idi.

İki ölkə arasındakı bu xüsusi münasibətlərin daha bir gözəl nümunəsi 1918-ci ildə Azərbaycanda milli azadlıq hərəkatı dövrünə təsadüf edir. Azərbaycandakı vəziyyət hadisələri surətlə gərginliyə doğru aparırdi. Belə ki, bolşeviklər və Erməni İnqilab Federasiyasının (Daşnaklar) birləşmiş qüvvələri Bakıdakı hakimiyyəti ələ keçirmişdi. Bu hərəkatın mühüm dönüş nöqtəsi isə indi Mart günləri kimi tanınan, erməni daşnakları və bolşevik qoşunları tərəfindən 30 mart və 3 aprel 1918-ci il tarixlərində 12 min azərbaycanlının Bakıda qətl edilməsi idi. Bunun ardınca 1918-ci ilin aprelində Bakı Xalq Komissarları Soveti yaradıldı və özünü Sovet Rusiyasının ayrılmaz hissəsi olduğunu bəyan etdi. Azərbaycan Demokratik Respublikasının qurucuları, müstəqillik hərəkatına rəhbərlik edənlər 1918-ci ilin mayın 28-də Tiflisdə müstəqillik elan etdilər. ADR hökuməti 1918-ci ilin iyunun ortalarında Tiflisdən Gəncəyə köçəndə əsas hədəf Bakını işğaldan azad etmək idi. Gənc respublikanın hələ müntəzəm nizami ordusu olmadığına görə Azərbaycan Osmanlı dövlətindən yardım istədi. 4 iyun 1918-ci il tarixində Azərbaycan və Osmanlı dövləti Batumda dostluq və əməkdaşlıq anlaşması imzaladılar. Həmin anlaşmanın 4-cü bəndinə əsasən Osmanlı dövləti Azərbaycana onun təhlükəsizliyini qoruyub sülhü bərpa etmək üçün hərbi yadım göstərməli idi. Batum anlaşması Azərbaycan Demokratik Respublikasının xarici dövlətlə bağladığı ilk razılaşma oldu. Həmin anlaşmaya əsasən Türk qüvvələri Nuri paşanın komandanlığı altında 14 sentyabrda şəhərə daxil olaraq Bakı uğrunda savaşa başladılar və növbəti gün qələbə qazandılar. Yeni Qafqaz İslam Ordusu Osmanlı hərbi qüvvələri, azərbaycanlı əsgərlər və Dağıstandan gələn könüllülərdən ibarət idi. Bunun nəticəsi olaraq Azərbaycan Demokratik Respublikası öz paytaxtını Bakıya köçürdü.

Daşnak hərbi qüvvələrinin Birinci Dünya müharibəsi illərində (1914-1918) Osmanlı ərazilərində “böyük Ermənistan” yaratmaq planları iflasa uğradıqdan sonra Cənubi Qafqaza geriləməli oldular və İrəvan da daxil olmaqla Azərbaycanın əyalətlərində qətliamlar törətməyə başladılar. 1918-ci ilin əvvəllərində Daşnakların İrəvanda azərbaycanlılara qarşı apardığı etnik təmizləmə zamanı orada yaşayan nənəmin ailəsi böyük faciələrlə qarşılaşdı. Nənəmin atası, mənim ulu babam axund Hacı Əliqulu cəmiyyətdə tanınan, o dövrün mütərəqqi ictimai xadimlərindən idi. O, İrəvan əhalisini erməni qırğınlarından xilas etmək üçün onların şəhərdən çıxmasına rəhbərlık edənlərdən biri olmuş, lakin özü bu missiyanı həyata keçirən zaman Araz çayının keçidində arxadan güllələnmişdi. Nənəmin böyük qardaşı, o dövrün mütərəqqi Rus-Tatar məktəbinin tələbəsi bizim ailənin bu hadisələr zamani növbəti qurbanı oldu. Nənəm isə canını ölümdən güclə qurtara bildi. Ulu nənə-babamın və onların ailəsinin hekayə və xatirələri hələ də ailəmizdə nəsildən-nəslə ötürülərək yaşadılır. 1918-1920-ci illərdə Azərbaycanın tarixən doğma torpaqları olan İrəvan əyalətində 132 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Xilas ola bilənlər isə İranda, Türkiyədə və Azərbaycanın digər bölgələrində qaçqın kimi yaşamağa məcbur olmuşdu.

Erməni qoşunları 1918-ci il boyunca nəinki Azərbaycan Demokratik Respublikasında, Cənubi Azərbaycanda da yerli əhaliyə hücumları davam etdi. Cənubi Azərbaycanın Urmiya, Xoy, Təbriz, Səlmas və digər əyalətləri erməni hərbi qüvvələrinin törətdiyi dəhşətli cinayətlərə məruz qaldilar. Bu hadisələr bir çox tarixi mənbələrdə sənədləşdirilmişdir. Həmin faciəli günlərdə Osmanlı dövləti minlərlə günahsız insanı xilas etmək üçün yardım əlini uzadaraq öz qoşun hissələrini göndərmişdi.

İşğala məruz qalan ərazilərə yaxından bələd olan yerli hərbi dəstələr Osmanlının xilaskar ordusuna qoşulurdu. Onlardan biri də babamın əmisi oğlu Yaqub Əli oğlu Namazov idi. Ətrafdakılar onu Yaqub ağa kimi tanıyırdılar. O, İrəvanın Uluxanlı qəsəbəsində silahlı dəstəyə başçılıq edirdi. Türk hərbi komandanlığı onu Osmanlının xüsusi təyinatlı qoşun hissəsində yüzbaşı təyin etmişdi. Bu hərbi hissə Yaqub ağanın silahlı dəstəsi ilə birlikdə İrəvanda və Cənubi Azərbaycanda xilasetmə əməliyyatları həyata keçirmışdi. Daşnaklar 1918-ci ilin martında Xoy şəhərinə daxil olan zaman yerli əhali onlara köməyə gələn Osmanlı qoşunları ilə birləşib düşməni geri çəkilməyə məcbur edə bilmişdi. Ailəmiz Yaqub ağanın xilasetmə missiyasında iştirakını əziz xatirə kimi bu gün də yaddaşında saxlayır.

Azərbaycanın Osmanlı dövləti ilə əlaqələri bolşeviklərin 1920-ci ilin aprelində Bakının işğalından sonra da davam etmişdi. Həmin zaman Azərbaycan Sovet Respublikasının əsası qoyuldu və 1922-ci ilin sonunda SSRİ-yə tamamilə birləşənə qədər Türkiyə ilə sıx münasibətlər davam etmişdi. Bu münasibətlər Mustafa Kamal Atatürkün milli azadlıq hərəkatına dəstək üçün əlverişli şərait yaratmışdı. Azərbaycandakı milli müstəqillik hərəkatında fəal olan bir çox azərbaycanlı mütəfəkkir yeni türk respublikasının qurulmasına kömək etmək üçün Türkiyəyə köçmüşdü. Müasir Türkiyə Respublikasının formalaşması üçün maddi yardım çox mühüm idi və bu yardım Türkiyənin Ərzurum şəhəri ilə Sovet Azərbaycanının Bakı şəhərini birləşdirən dəmiryol xətti ilə çatdırılırdı.

1991-ci ildə SSRİ-nin süqutundan və Varşava paktının qüvvədən düşməsindən sonra Türkiyə regionun super gücünə çevrildi və yeni müstəqillik qazanmış dövlətlərlə qərb dünyası arasında körpü rolunu oynamağa başladı. Türkiyə dəyərli müttəfiqlik və güclü liderlik nümayiş etdirir və regionda NATO-nun mühüm üzvlərindən biri kimi yaradıcı diplomatiya ilə seçilirdi. Türkiyənin beynəlxalq müstəvidə artan nüfuzu bu ölkəni regionun etibarlı və qüdrətli dövlətinə çevirdi. Yeni meydana gələn müstəqil ölkələr üçün Türkiyə özünün demokratik mahiyyəti və azad bazar iqtisadiyyatı ilə nümunə rolunu oynayırdı. Bu rol Qərb müttəfiqləri tərəfindən də təşviq edilir və Türkiyənin nüfuzu sayəsində regionda Rusiya və İranın təsirinin azaldacağına ümid bəslənilirdi.

Türkiyə 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. Azərbaycanın müstəqilliyinin ilk günlərində gənc Azərbaycan diplomatları üçün Türkiyə öz diplomatik missiyalarında lazımi iş şəraiti yaratmaq üçün əlindən gələni əsirgəmirdi. Türk və Azərbaycan diaspora təşkilatları Qərb ölkələrində öz maraqlarını müdafiə etmək üçün uğurla əməkdaşlıq edirlər. Azərbaycan-Türkiyə münasibətləri Qafqaz regionunun geosiyasətində də mühüm rol oynayır və regionun digər ölkələri ilə, xüsusən də Azərbaycanın Qarabağ bölgəsini işğal etmiş qonşu Ermənistan ilə münasibətləri formalaşdırır. 2008-ci ildə Türkiyə Avropa İttifaqına qoşulmaq istiqamətində atılan addımların bir hissəsi kimi Qarabağ məsələsində mövqeyini yumşaltmağa başladı. Avropa İttifaqı ilə ABŞ-ın təzyiqi altında Türkiyə Ermənistana qarşı ticarət embarqosunun qaldırılmasına çalışdığı hiss olunurdu. Qlobal siyasi təsir altında 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tutan “Sürix protokolları" imzalandı. Amma işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsindən əvvəl Türkiyə Respublikasının Ermənistan-Türkiyə sərhədini açmaq və Ermənistanla ticarət əlaqələrini bərpa etmək istəyi rəsmi Bakıya qarşı yönəlmiş xəyanət aktı kimi görünürdü. Əlbəttə ki, rəsmi Ankara öz niyyətləri barədə Bakıdakı həmkarlarını məlumatlandırsa da, Azərbaycan torpaqlarının işğalı məsələsinin həlli ilə bağlı ölkəmizi danışıqlara cəlb etmək barədə öz nüfuzlu həmkarları ilə birlikdə məsləhətləşmələr aparmağa nail ola bilməmişdi.

Türkiyənin bu siyasi addımı onun Azərbaycanla olan münasibətlərinə mənfi təsir etmiş və ölkəmiz buna qarşı öz məyusluğunu ifadə etmişdi. Prezident İlham Əliyev Türkiyədə keçirilməsi nəzərdə tutulan vacib beynəlxalq və ikitərəfli görüşlərdə iştirak etməkdən imtina etmiş və 2009-cu ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının yüksək səviyyəli İstanbul zirvə toplantısına planlaşdırılan səfərini də ləğv etmişdi. Türkiyənin Prezident İlham Əliyevin bu tədbirdə iştirakını təmin etmək cəhdləri uğursuzluğa məruz qalmış, eyni zamanda, ABŞ-ın dövlət katibi Hillari Klintonun da İstanbul zirvə toplantısında Prezident Obamanın Azərbaycan dövlət başçısi ilə görüşü barədə telefon danışıqları da bir nəticə verməmişdi.

Türkiyə Prezidenti Ərdoğan Azərbaycanla münasibətlərin qorunub saxlanılması kimi çətin bir məsələ ilə üzləşmişdi. Nəticədə o, Ermənistanla münasibətlərin qurulması sahəsində geriyə doğru bir addım atdı. Ermənistanla sərhədin açılması ölkə daxilində güclü etirazlara səbəb ola bilərdi. Türk cəmiyyəti də bu dəyişiklikləri çox diqqətlə izləyirdi. Türk mətbuatı və ölkənin əsas müxalifət partiyaları Azərbaycana və onunla olan qardaşlığa qarşı xəyanət etmək istəyinə görə yerli hökuməti tənqid atəşinə tutur və yaranmış bu yeni siyasi şəraitin "bir millət - iki dövlət" prinsiplərini təhlükə altına atan addım kimi qiymətləndirdi. Nəticə etibarilə, Ərdoğan Ermənistanın Azərbaycan torpaqlarının azad edilməsini Türkiyə-Ermənistan protokollarının imzalanması və təsdiqlənməsi üçün ilkin şərt olaraq qaldığını bəyan etdi.

Qərbin təzyiqi ilə Türkiyənin Ermənistan məsələsində mövqeyini yumşaltmaq cəhdləri Azərbaycanın maraqlarına qəti uyğun gəlmirdi. Bakıdakı hökumət rəsmiləri bildirirdilər ki, Azərbaycan da Türkiyə maraqlarına aid məsələlərdə böyük təzyiqlərə məruz qalmış, lakin Azərbaycan rəhbərliyi bu təzyiqlərə təslim olmayıb və Türkiyə ilə olan münasibətlərini təhlükə altına atmayıb. Prezident Heydər Əliyev Azərbaycan neftini dünya bazarlarına çıxarmaq üçün əsas ixrac neft kəmərini Türkiyənin Ceyhan limanına qədər uzadılmasını təklif edəndə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin bir çox səhmdarları buna qarşı çıxır və onlar Rusiya ərazisindən keçən şimal marşrutu və Gürcüstan ərazisindən keçən qərb marşrutu və ya bərə vasitəsilə İran ərazisindən keçən cənub marşrutu kimi digər beynəlxalq satış istiqamətlərini təklif edirdilər. Mən əsas ixrac boru kəmərinin seçilməsi ilə bağlı baş verən bütün bu proseslərin şahidi olmuşam və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ilk prezidenti Terri Adamsın diplomatcasına dediyi fikirləri yaxşı xatırlayıram: “Əsas ixrac marşrutu ya Rusiya ərazisindən keçə bilər, ya Supsa terminalı vasitəsilə, ya da ki, Ceyhan limanına qədər uzana bilər”.

Prezident Heydər Əliyev Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin səhmdarları arasında boru kəmərinin marşrutu ilə bağlı yaranan mübahisələrdən çox narazı idi. Əsas ixrac boru kəməri vasitəsilə ilk neftin nəqli üçün 54 aylıq bir müddət müəyyən edilmişdi və işin icrası bu mübahisələr səbəbindən gecikirdi. Bakı-Tbilisi-Ceyhan marşrutu Heydər Əliyevin təkid etdiyi yeganə variant idi.

Heydər Əliyev çıxışlarının birində belə demişdi: “İmzaladığımız müqaviləyə və Bakı-Tbilisi-Ceyhan nəqliyyat marşrutuna qarşı çıxan insanlar var idi... Onlar Azərbaycana qarşı maneələr yaradırdılar. Axı, neft bizə məxsusdur və neft üçün ixrac marşrutunu müəyyən etmək də ilk növbədə, bizim hüququmuzdur. Bizi çox böyük təzyiqlərə məruz qoyurdular... Sonda biz bütün bunlara qalib gəldik və həmin müqaviləni imzaladıq... Onlar Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşasına qarşı çıxırdılar... Amma biz qətiyyətimizi nümayiş etdirərək öz yolumuzdan dönmədik”.

Enerji və nəqliyyat sahəsindəki sıx əməkdaşlıq Azərbaycanı Türkiyənin regiondakı ən böyük tərəfdaşına çevirdi. Bakı ilə Türkiyənin Qars vilayəti, daha sonra isə Balkanlarla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan daha bir mühüm regional layihədir. Bakı-Tbilisi-Ceyhan neft və Cənub Qafqaz Qaz Boru kəmərləri, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən “Şahdəniz-2” meqa layihəsi də bu əməkdaşlıqda mühüm rol oynayır.

Mən Türkiyə ilə Azərbaycan arasındakı bu strateji tərəfdaşlığın böyük nailiyyətlərinin və qardaşlığın formalaşmasının şahidi olmuşam. BP-nin dünyada ən böyük neft və qaz terminalı olan Bakı yaxınlığındakı Səngəçal terminalında Türkiyədən olan bir sıra yüksək səviyyəli nümayəndə heyətlərini qəbul etmək mənim üçün böyük şərəf olub. Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Parlamentinin spikerləri Bülent Arınç və Köksal Toptan, o cümlədən çoxsaylı hökumət nazirləri və digər görkəmli şəxslərlə görüşmək, onları neft və qaz sektorunda baş verən proseslər haqqında məlumatlandırmaq böyük şərəf idi. Osmanlı ordusunun İrəvan şəhərində xilasetmə əməliyyatlarına qatılan bir ailənin nümayəndəsi kimi türk ordusunun hərbi komandirləri ilə görüşməkdən mən xüsusilə şərəf duymuşam. Qarabağ müharibəsi veteranı kimi Türkiyənin Ordu generalları ilə görüşməkdən böyük qürur hissi keçirmişəm. Türkiyənin əsrlərboyu davam edən şanlı tarixində bir çox dəyişikliklər baş versə də, dəyişməz qalan bir şey var, o da türk ordusunun nümayiş etdirdiyi peşəkarlıqdır. Onlar bu gün də öz ölkələrinin milli təhlükəsizliyini müdafiə edən qəhrəman döyüşçülərdir. Türkiyənin ordu generalları Hilmi Özkök, İlker Başbuğ, Həsən Iğsız və NATO-nun Cənub-Şərq hərbi kontingentinin komandiri Oktar Atamanla Səngəçal terminalında görüşlərim zamanı onlar Türkiyə silahlı qüvvələri barəsində danışarkən qeyd ediblər ki, Türkiyə ordusu bu gün özünün ən yaxşı formasındadır. NATO-nun əsas üzvlərindən biri kimi türk ordusu Azərbaycanın karbohidrogen məhsullarının Avropa İttifaqı ölkələrinə çatdırılmasını və Avropada enerji təhlükəsizliyini dəstəkləmək üçün boru kəmərlərinin mühafizəsini prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Türkiyə hərbçiləri Azərbaycan ordusu ilə müdafiə və təhlükəsizlik məsələlərində sıx əməkdaşlıq edir və ölkəmizə NATO standartlarına çatmaq istiqamətində köməklik edirlər. Azərbaycanla Türkiyə arasında olan strateji əməkdaşlıq təkcə Cənubi Qafqazda deyil, o cümlədən Avropada da bütün ölkələrə iqtisadi dividendlər qazandırır və sabitlik gətirir.

Qivami Rəhimli

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

Hökumətlə işlər üzrə baş müşavir, BP Azərbaycan

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıblar

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir