AZƏRBAYCAN DAMAÇILARI AVROPA ÇEMPİONATINDA 5 MEDAL QAZANMIŞLAR
Bakı, 5 may (AZƏRTAC). Brest şəhərində (Belarus) 64 xanalı dama üzrə Avropa çempionatı başa çatmışdır. Azərbaycan dama ustası Famil Kərimli ümid yarışlarında (10 yaşadək) blits-turnirdə və sürətli dama yarışında 2 qızıl medala, əsas turnirdə (klassik) isə gümüş medala layiq görülmüşdür.
Azərbaycan yığma komandası üçün daha iki medalı Aslan Aslanlı qazanmışdır. O, gənclər arasında (19 yaşadək) yarışlarda əsas və sürətli turnirdə iki bürünc medal əldə etmişdir. Blits - turnirdə isə onu üçüncü yerə çıxması üçün cəmi 1 xalı çatmamışdır.
Azərbaycan komandası gənclər arasında ümumkomanda hesabında üçüncü yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]