AZƏRBAYCAN DEPUTATLARI RUSİYA FEDERASİYASININ DÖVLƏT DUMASINA KEÇİRİLƏCƏK SEÇKİLƏRİ İZLƏYƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarından bir qrupu dekabrın 2-də Rusiya Federasiyasının Dövlət Dumasına keçiriləcək seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edəcəkdir.
Müşahidəçilər qrupuna Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavini Elton Məmmədov, insan hüquqları daimi komissiyasının sədr müavini Yevda Abramov, deputatlar Elmira Axundova, Adil Əliyev, Xəlilbəy Günəşov, Sabir Hacıyev və Mirkazım Kazımov daxildirlər.
Deputatlar Rusiyanın Moskva, Sankt-Peterburq və Mahaçqala şəhərlərində seçki prosesinin gedişini izləyəcəklər.