Azərbaycan deputatları TBMM-in inzibati binasının bombalanmış hissəsi ilə tanış olublar
Ankara, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində deputatlarımız Ankarada 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) inzibati binasının bombalanmış hissəsi ilə tanış olublar.
Burada deputatlara o dövrdəki hadisələr barədə geniş məlumat verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara