Azərbaycan diaspor təşkilatının rəhbərliyi Kocaelidə bələdiyyə sədri ilə görüşmüşdür
Bakı, 23 aprel (AZƏRTAC). Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) idarə heyətinin üzvləri və Kocaeli Azərbaycan Mədəniyyət Evinin nümayəndələri martın 30-da keçirilmiş seçkilərində Körfəz bələdiyyəsinin sədri seçilmiş İsmail Baran ilə görüşmüşlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə TADEF-in rəhbəri Bilal Dündar Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirmişdir.
İsmail Baran TADEF-in fəaliyyətini yüksək qiymətləndirmiş, Körfəz bələdiyyəsi olaraq təşkilatın uğurlarına öz töhfələrini verəcəklərini qeyd etmişdir.
Kocaelinin iki rayonunda ulu öndər Heydər Əliyev adına parkların, İzmitdə isə Azərbaycan Mədəniyyət Evinin olduğunu xatırladan Bilal Dündar Körfəzdə bir prospekt və ya parka Bakı adının verilməsini təklif etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]