AZƏRBAYCAN DİASPORUNUN MUSİQİ QRUPU TORONTOLULARIN QƏLBİNİ FƏTH ETDİ
AZƏRTAC xəbər verir ki, Kanada Azərbaycan Təşkilatları Federasiyasının musiqi qrupu “Canadian Turkish Friendship” şirkətinin avqustun 5-də Toronto şəhərində təşkil etdiyi ənənəvi Türk festivalında çıxıs etmişdir. Festivalda 50 minə yaxın adam iştirak etmişdir. Musiqi qrupunun təşkilatçısı Malik Ağayev, rəqs muəllimi Qəmər Peyğəmbəri və balaca Dərya milli rəqslərimizi ifa etmişlər. Onların çıxışı tamaşaçılarda heyranlıq doğurmuşdur. Kanada KİV-ləri Azərbaycan rəqs qrupunun çıxışını geniş işıqlandırmışlar.
Festivalın təşkilatçılarından biri olan Mehmet Gul demişdir ki, əslində, bu festival bir millət və iki dövlət olan Azərbaycan ilə Turkiyənin birgə festivalıdır. Kanada Azərbaycan Təşkilatları Federasiyasının musiqi qrupuna dərin təşəkkürümüzü bildirir və birgə fəaliyyət çevrəsinin daha da genişləndirilməsini istəyirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]
Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı sərgi açılıb
- 15.10.2026 [12:20]