Azərbaycan ilə Pakistanın hərbi-dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
İslamabad, 12 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunub.
Zəfər Mahmud Abbasi bildirib ki, Pakistanın Hərbi-Dəniz Qüvvələri Azərbaycan Hərbi-Dəniz Qüvvələrinə dəstək göstərməyə hazırdır.
Görüşdə, həmçinin Azərbaycan ilə Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, keçirilən təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi və səfərlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi də aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]