Azərbaycan ilə Rusiya arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də elm və təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimovla görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə olunub.