Azərbaycan karateçiləri beynəlxalq turnirdə beş medal qazanıblar
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan karateçiləri Fransada keçirilmiş "Marsel Open" turnirində beş medal qazanıblar.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, bunlardan ikisi qızıl, biri gümüş, ikisi isə bürünc mükafat olub.
Asiman Qurbanlı (+84 kiloqram) və Əzim Rahib (+76 kiloqram) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
Finalda uduzan Rəşid Süleymanov (76 kiloqram) gümüş medalla kifayətlənib. Turqut Həsənov (84 kiloqram) və Mədinə Sadiqova (55 kiloqram) isə yarımfinalda məğlub olaraq üçüncü yeri tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]