Azərbaycan mənşəli Rusiya idmançısı güləş üzrə dünya çempionatında bürünc medal qazanıb
Moskva, 8 oktyabr, AZƏRTAC
Azərbaycan mənşəli Rusiya idmançısı Xanım Vəliyeva güləş üzrə dünya çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Oslo şəhərində keçirilən yarışlarda 68 kq çəki dərəcəsində çıxış edən Vəliyeva üçüncü yer uğrunda mübarizədə kanadalı Oliviya di Bakkoya 2:1 hesabı ilə qalib gəlib.
Xanım Vəliyeva Krasnoyarskda doğulub. Uşaq yaşlarından güləşlə məşğuldur. Krasnoyarskdakı D.Q.Mindiaşvili adına Güləş Akademiyasını təmsil edir.
X.Vəliyeva 2020-ci ilin dünya çempionu, sərbəst güləş üzrə Rusiya çempionatlarının çempionu və mükafatçısı, Rusiyanın beynəlxalq dərəcəli idman ustası, ölkənin yığma komandasının üzvüdür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]