Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan nümayəndə heyətinin AŞPA-da növbəti qələbəsi

Strasburq, 30 sentyabr (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş gününün ikinci yarısında qurumun bürosunun və daimi komitəsinin fəaliyyətinə dair hesabat, eləcə də “Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində vəziyyətin gərginləşməsi” adlı yeni məruzənin hazırlanmasının AŞPA-nın siyasi işlər və demokratiya komitəsinə həvalə olunması barədə büroda qəbul olunan qərar ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞPA bürosunun fəaliyyətində müsbət irəliləyişlərin olduğunu bildirib. O deyib: “Hər sessiyanın başlanğıcında dinlədiyimiz bu hesabatların ənənəvi olmayan bir cəhəti var. Hər dəfə görülmüş işlərin əhatə dairəsi fərqli olur və yeni addımlar atmağa cəhdlər müşahidə edilir. Assambleya öz səylərində daha yüksək inkişafa çatmağa cəhd edir. Bu isə onu göstərir ki, Avropa Şurası ömrünün 66-cı ilinə qədəm qoysa da, o yenə cavandır, enerji ilə doludur və yeni uğurlara çatmaq əzmindədir. Növbəti belə hesabatlarda inkişaf barədə daha inamla danışmaq üçün artıq stereotipləşmiş nöqsanlardan azad olmaq lazımdır. Belə arzuolunmaz hallardan biri eyni ailə daxilindəki bərabərhüquqlu üzvlərə qeyri-bərabər, ikili standartlara gətirib çıxaran fərqli yanaşmanın mövcud olmasıdır. Digər bir nöqsan hansısa sərt tədbiri görməyə süstlük göstərmək, atılmalı olan konkret addımı ifrat dərəcədə ləngitməkdir. Ermənistan 14 ildir ki, Parlament Assambleyasındadır və bu ölkə təşkilata üzv qəbul ediləndə Avropa Şurasının tələblərinə zidd olan bir dövlət idi. Ermənistan Avropa Şurasına üzvlüyə işğalçı kimi qəbul edilmiş ilk və yeganə dövlətdir. Bu ölkədə kriminal rejimin mövcudluğu məlum faktdır və bunu Ermənistanın özündəki demokratik qüvvələr də dəfələrlə bəyan ediblər. Ermənistan rəhbərliyinin apardığı təcavüzkar siyasətin və yararsız idarəçiliyin nəticəsi olaraq ölkə iqtisadi iflas içərisindədir və bu vəziyyət hər yeni gündə bir az da ağırlaşır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə hər dəfə məsələ qaldırılarkən bəziləri burada vaxtaşırı belə bir ifadə işlədirlər ki, bundan ötrü ATƏT-in məxsusi olaraq yaradılmış Minsk qrupu var. Səhv yanaşmadır, amma tutaq ki, bununla razılaşdıq. Bəs Ermənistan rəhbərliyinin öz xalqına qarşı apardığı mübarizədə haqları tapdalanan, fəlakət içərisindəki o zavallı xalqı müdafiə etmək məgər Avropa Şurasının vəzifələrinə daxil deyilmi? Son illərdə, xüsusən də axırıncı bir neçə büro iclaslarında Ermənistanla bağlı müxtəlif sənədlər müzakirə mövzusu olub və bu ölkəyə qarşı, törətdiyi cinayətlərin müqabilində təsirli sanksiyaların tətbiqinin vacibliyi vurğulanıb. Mən bunu büronun fəaliyyətlərində müsbət bir hal kimi qiymətləndirirəm ki, nəhayət heç olmazsa bir istiqamətdə buz sınıb. Adətən Ermənistanın törətdiyi müxtəlif cinayətkar əməllərlə bağlı müstəqil məruzələr hazırlanmasını təklif edən sənədləri büro əvvəllər ölkə üzrə monitorinq aparan məruzəçilərə yönəldirdi. Bu, xeyli dərəcədə formal yanaşma idi, çünki bu cür ciddi problemlər ümumi məruzənin içində sadəcə bir bənd kimi toxunulmaqla faktiki olaraq kənara atılırdı. Lakin büronun son yığıncaqlarında istər Sərsəng su anbarı, istər zəbt olunmuş ərazilərdə vəziyyətin gərginləşməsi, istərsə də Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı bu ölkəyə sanksiyalar tətbiq edilməsini qaldıran qətnamə layihələrinin müzakirə edilməsi diqqətəlayiqdir”.

R.Hüseynov büronun “Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində vəziyyətin gərginləşməsi” adlı məruzəni siyasi işlər və demokratiya komitəsinə məruzəçi təyin olunmasından ötrü göndərməsini təqdirəlayiq addım kimi dəyərləndirib: “Ermənistan dövlətinin bir-birinin ardınca törətdiyi cinayətkar əməllər ona qarşı sanksiyalar tətbiq edilməsini qaçılmaz edir. Əlbəttə, sanksiyaların tətbiqi deyərkən bizim əsas məqsədimiz Ermənistanı burada təmsil edən deputat həmkarlarımızın cəzalandırılması deyil. Əslində onlar özləri də, Ermənistanda yaşayan qohum-əqrəbaları da rəsmi Yerevanın apardığı siyasətin qurbanları, yaranmış vəziyyətin girovlarıdır. Bu gün söhbət yalnız Azərbaycanı Ermənistandan qorumaqdan getmir, elə bir məqam yetişib ki, artıq erməni xalqını da Ermənistan dövlətindən qorumaq zərurəti yaranıb. Ona görə də ümid edirəm ki, AŞPA, eləcə də Nazirlər Komitəsi qarşıdakı yaxın dövrdə Ermənistanla bağlı qəti tədbirlər görəcək. İnanmaq istərdim ki, artıq büro və daimi komitənin növbəti hesabatında biz Ermənistana tətbiq edilmiş sanksiyalarla bağlı ayrıca hissənin də yer aldığına şahid olacağıq”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsinə dair AŞPA-da müzakirələrin aparılmasının vacibliyini vurğulayaraq deyib: “Hər dəfə regionumuzda baş verən problemlərlə bağlı anlaşmaya yaxınlaşdıqda, - xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qeyd etmək istərdim, - erməni həmkarlarımız bu problemin yalnız ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasına can atırlar. Əziz həmkarlar, bəs hazırkı Assambleya Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə yaratmaq istədikdə siz harada idiniz? Biz bu problemi sizinlə burada müzakirə etmək istədik, siz isə bundan imtina etdiniz. Assambleyanın sədri hər iki ölkənin nümayəndə heyətlərinə danışıqlar masası ətrafında oturmaq, bu mürəkkəb vəziyyətdən qəbul edilə biləcək çıxış yolu tapmaq üçün təklif irəli sürdüyü zaman siz harada idiniz? Siz yenə də imtina etdiniz. Avropa Şurası və Assambleya Azərbaycan tərəfinin deyil, özünün təyin etdiyi bitərəf məruzəçisinin mövqeyini eşitmək barədə razılıq verdikdə hər dəfə yox deyirsiniz. Bəs belə olan halda biz nəyi müzakirə edə bilərik? Artıq vaxtdır ki, biz bu kimi məsələlərdə Avropa Şurasının səsini eşidək. Azərbaycandan və Ermənistandan deyil, Avropa Şurası tərəfindən gələn obyektiv məlumatlar və obyektiv hesabat olduqca vacib bir məsələdir. Hesab edirəm ki, AŞPA-nın gündəliyindən bu məsələni çıxarmaq istəyənlər üçün bu, çox vacib bir siqnal olardı”.

Müzakirələrdə çıxış edən əksər deputatlar Azərbaycanın mövqeyini dəstəkləyərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzənin siyasi işlər və demokratiya komitəsinə həvalə olunması barədə Azərbaycan nümayəndə heyətinin təklifini dəstəkləyiblər.

Ermənistan nümayəndə heyətinin üzvü Hermina Naqdaliyan məsələnin müzakirəsini monitorinq komitəsinə çıxarmaq barədə təklif irəli sürüb və onun təklifi ümumi səsə qoyulub. Səsvermədə iştirak edən 128 deputatdan 74-ü məsələnin monitorinq komitəsinə deyil, siyasi işlər və demokratiya komitəsinə həvalə edilməsinin lehinə, 47 deputat əleyhinə səs verib, 7 deputat isə bitərəf qalıb.

Bu, Azərbaycan nümayəndə heyətinin AŞPA-da növbəti qələbəsidir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır