Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ AŞPA-NIN YAY SESSİYASINDAKI MÜZAKİRƏLƏRDƏ FƏALLIQ GÖSTƏRİRLƏR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Milli Məclisin nümayəndə heyətinin üzvləri Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının iclaslarında gündəliyə çıxarılan məsələlərin müzakirələrində fəal iştirak edirlər.

İyunun 27-də sessiyanın növbəti iclasında qeyri-leqal miqrantların əsas hüquqları barədə məsələnin müzakirəsində deputat Elmira Axundova geniş çıxış etmişdir. O, deputat Ed van Teynin bu mövzuda məruzəsinin əsas müddəalarını alqışladığını, məruzəni indiki sessiyanın ən mühüm və aktual materiallarından biri saydığını bildirmişdir. E.Axundova demişdir ki, məruzə qeyri-leqal miqrantların qarşılaşdıqları başlıca problemləri çox ətraflı və dəlillər əsasında təhlil edir və bu kateqoriyadan olan insanların müdafiəsi üçün dəyərli tövsiyələr verir. Lakin bu tövsiyələrin bir çoxu mənə utopik görünür.

Azərbaycan hələ 1990-cı illərin əvvəllərində, Ermənistanda aparılmış etnik təmizləmələrə görə məcburi miqrasiyanın olduqca böyük axını ilə üzləşdi. Azərbaycan minlərlə Mesxeti türkünə, çeçenə öz ərazisində yaşamaq hüququ verdi. Hazırda Azərbaycan güclü iqtisadi inkişafı, irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin həyata keçirilməsi ilə əlaqədar əmək miqrasiyası üçün daha cəlbedici olur. Ona görə də Azərbaycan qeyri-leqal miqrasiya probleminə həmişə ciddi yanaşmışdır və qeyri-leqal miqrantların minimum hüquqlarının təmin olunması üçün istifadə edilə biləcək beynəlxalq sənədlərin, əslində, hamısına qoşulmuşdur. Cənab Ed van Teynin məruzəsində deyildiyi kimi, Azərbaycan bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında BMT-nin Konvensiyasını Avropa Şurasının üç üzv dövləti sırasında birinci ratifikasiya etmişdir. Bundan başqa, Azərbaycan parlamenti miqrantların hüquqi vəziyyətini tənzimləyən iki xüsusi qanun qəbul etmişdir.

Bununla yanaşı, problemin mahiyyəti barədə bir sıra iradlarımı da bildirmək istərdim. Məsələ ondadır ki, məruzədə kütləvi qeyri-leqal miqrasiyaya gətirib çıxaran əsas səbəblər göstərilməyib, yaxud çox səthi göstərilmişdir. Məruzədə deyilir ki, Avropa təklif etdiyi imkanlara görə qeyri-leqallar üçün bundan sonra da cəlbedici olacaqdır. Mən problemin bu cür qoyuluşu ilə razı deyiləm: istənilən halda, hər bir insan üçün ən cəlbedici ölkə onun öz vətənidir və insanlar Avropanın, yaxud hansısa digər qitənin daha cəlbedici olduğuna görə miqrasiya etmirlər. Məhz ona görə edirlər ki, vətənlərində onların yaşamaq üçün ciddi problemləri var.

Azərbaycanda yaranmış vəziyyətə nəzər salaq, hərçənd həmin proseslər Cənubi Qafqazın bütün ölkələri üçün bu və ya digər dərəcədə səciyyəvidir. Rusiyada, Ukraynada və MDB-nin digər ölkələrində məskunlaşan qeyri-leqal miqrantların əsas axınını Ermənistanın işğalı nəticəsində öz torpaqlarını, ev-eşiklərini və iş yerlərini itirmiş qaçqınlar təşkil edir. Bundan əlavə, Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanla münaqişənin həll olunmaması, döyüş əməliyyatlarının yenidən başlanmasının mümkünlüyü də siyasi sabitsizliyin ciddi amilidir və qeyri-leqal miqrasiya axınının, - o cümlədən daha sakit və firavan Avropaya, – artmasına təkan verir. Qonşu Ermənistanda vəziyyət daha pisdir, onun vətəndaşları da öz rəhbərlərinin təcavüzkar siyasətindən əziyyət çəkir və yoxsulluq, işsizlik təhlükəsi və müharibə qorxusu ilə əlaqədar ölkəni kütləvi şəkildə tərk edirlər. Demək istəyirəm ki, əgər Avropa qeyri-leqal miqrasiya prosesini qaydaya salmağa və bu prosesi minimuma endirməyə həqiqətən çalışırsa, onda, ilk növbədə, onun səbəblərini araşdırmalı və miqrantların kütləvi surətdə tərk edib getdikləri ölkələrə sosial-iqtisadi, milli və ərazi problemlərinin həllində daha fəal yardım göstərməlidir. Problemin həlli yeni hüquqi sənədlər yaradılmasında və yeni məhdudlaşdırıcı tədbirlər görülməsində deyil, qeyri-leqal miqrantların yaşadıqları ölkələrdə həyat səviyyəsinin yüksəldilməsi üçün qlobal iqtisadi xarakterli layihələr işlənib hazırlanmasındadır.

Bununla yanaşı, mən cənab məruzəçinin narahatlığına tam şərikəm və qeyri-leqal miqrantlara verilən minimum hüquqların beynəlxalq səviyyədə aydınlaşdırılmasını və dəqiqləşdirilməsini də zəruri sayıram. Qaçqınlarla və məcburi köçkünlərlə yanaşı, onlar da əhalinin ən zəif hissəsidir və bizim hərtərəfli müdafiəmizə və dəstəyimizə möhtacdırlar.

Xanım Naqdalyanın çıxışına gəldikdə isə, onun nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanda qaçqın düşərgələri – o, bunları siyasi təzyiq vasitəsi adlandırır, – artıq çoxdan mövcud deyildir, çünki Ermənistanın respublikadan və işğal etdiyi ərazilərdən amansızcasına qovduğu insanlar üçün yeni rahat və yaşamaq üçün layiqli şəhərciklər salınmışdır.

X X X

Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva iyunun 27-də Avropa Yenidənqurma və İnkişaf Bankının Avropanın, Qafqaz və Mərkəzi Asiyanın iqtisadi inkişafına töhfələri barədə məruzənin AYİB-in prezidenti Jan Lemyerin iştirakı ilə keçirilmiş müzakirəsində çıxış etmişdir. O, Azərbaycanda energetika, infrastruktur sahələrində, bank sektorunda həyata keçirilən layihələrdə fəal iştirakına görə AYİB-ə minnətdarlıq etmiş, eyni zamanda, bəzi məsələlərə aydınlıq gətirmək və bankın prezidentinin bu məsələlərə dair fikrini öyrənmək istədiyini bildirmişdir.

Q.Paşayeva demişdir: məruzə bundan ibarətdir ki, Ermənistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanın əhalisinin yarısı ehtiyac içində yaşayır, demokratik və hüquq islahatlarının həyata keçirilməsində zəif iştirak edir, geniş yayılan korrupsiya, işsizlik, maliyyələşmənin az olması iqtisadi inkişafı zəiflədir.

Mən cənab məruzəçilərin diqqətinə çatdırmaq istəyirəm ki, müstəqillik əldə edəndən sonra Azərbaycanın iqtisadi inkişafına mane olan ən böyük problem Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğalı altında olmasıdır. Rəsmi Bakı yüz minlərlə qaçqını və doğma torpaqlarından zorla çıxarılmış məcburi köçkünü yaşayış yeri, qida ilə, səhiyyə və təhsil xidmətləri ilə təmin edir. Bu insanlar on ildən artıqdır ki, qaçqın-köçkün həyatı yaşayırlar. Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan bütün qərarlara məhəl qoymur və bu da sözsüz ki, Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərmir.

Azərbaycan ərazisinin beşdə birinin işğalı ölkənin iqtisadi sistemini iflic etmişdi. Təkcə iqtisadi və sosial sahələr 30 milyard ABŞ dolları məbləğındə ziyana məruz qalmışdı. Buna baxmayaraq, Azərbaycanda iqtisadi islahatlar aparıldı və ölkə inkişaf yoluna çıxdı. 2005-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 26,4 faiz olmuşdur.

Bu, dünyada ən yüksək göstəricidir. Bu il artımın 35-40 faizə çatacağı gözlənilir. 2006-cı ilin nəzərdə tutulan büdcə xərcləri 2005-ci ilə nisbətən 80 faiz artmışdır.

Xatırlatmaq istərdim ki, ötən iki il ərzində ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 29 faizə enmişdir. Bu il daha da azalacağı gözlənilir. Azərbaycan buna ölkənin iqtisadiyyatını və o cümlədən özəl sektoru inkişaf etdirərək, yeni iş yerləri açaraq və büdcədən maliyyələşən təşkilatlarda işçilərin əmək haqqını artıraraq nail olmuşdur.

Bəzi xarici qüvvələrdən olan ciddi siyasi təzyiqlərə baxmayaraq, Azərbaycan tərəfdasşları ilə birgə nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrini həyata keçirdi. Bu layihələr təkcə ölkə üçün deyil, həm də Avropa üçün böyük əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq fəaliyyət göstərməyə başlayıbdır. İyulun 13-də bu münasibətlə Türkiyədə Avropanın da rəsmilərinin iştirakı ilə təntənəli mərasim keçiriləcəkdir.

Bir neçə gün əvvəl Bakı və Astana arasında imzalanmış müqaviləyə görə, Qazaxıstan böyük həcmdə xam neftini BTC kəməri vasitəsilə dünya bazarına çıxaracaqdır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də bu ildən işə salınacaqdır. Bu kəmər vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına nəql ediləcəkdir. Ucuz və alternativ enerji mənbələri və nəqletmə marşrutları Avropa iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Avropa İttifaqı ölkələri Azərbaycanda enerji layihələrinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verirlər. Məruzədə bildirilir ki, AŞPA Avropa Yenidəqurma və İnkişaf Bankının yeni enerji strategiyası ilə tanış olmağı planlaşdırır və bank gələn beş il ərzində enerji sahəsində maliyyələşdirməni 50 faiz artıracağına ümid edir. Bankın enerji strategiyasında Azərbaycana dair gələcək planlarla bağlı cənab Lemyerin fikirlərini eşitmək maraqlı olardı. Ümumiyyətlə, AYİB-in Cənubi Qafqazda və xüsusilə də Azərbaycanda həyata keçirəcəyi və ya dəstəkləyəcəyi gələcək layihələr haqqında cənab Lemyerin məlumat verməsi bizim üçün çox maraqlı olardı.

Bundan əlavə, hesab edirəm ki, Azərbaycan, Gürcüstan və Türkiyə sizlərdən çoxunun bildiyi layihə - Avropa və Asiyanı birləşdirəcək Qars-Tbilisi-Bakı dəmir yolu layihəsi üzərində ciddi işləyir. Biz bilmək istərdik ki, AYİB bu böyük və mühüm layihəyə necə kömək etməyi planlaşdırır?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb