Azərbaycan Premyer Liqası: “Sabah” “Qəbələ”ni məğlub edib
Bakı, 30 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında “Sabah” “Qəbələ” ilə qarşılaşıb. “Bank Respublika Arena” baş tutan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar. Belə ki, qonaq komandadan beşinci dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. Aleksey Kaşuk 63-cü dəqiqədə bərabərlik qolunu vurub. 90+3-cü dəqiqədə isə Davit Volkov komandasına qələbə qazandırıb.
Beləliklə, 31 xala malik olan “Sabah” ikinci pillədə yer alıb, “Qəbələ” isə 17 xalla beşinci sırada qərarlaşıb.
Xatırladaq ki, günün ilk matçında “Qarabağ” “Şamaxı”ya 4:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]