Azərbaycan Prezidenti: Syerra-Leone ilə əməkdaşlıq yolunda bundan sonra da birgə səylər göstərəcəyik
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Culius Maada Bionu təbrik edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı məktubunda bildirib: “İnanıram ki, Azərbaycan ilə Syerra-Leone arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Azərbaycan Prezidenti Syerra-leoneli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqın rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 29.09.2026 [02:24]