AZƏRBAYCAN QILINCOYNADANI DÜNYA BİRİNCİLİYİNƏ KOREYA RESPUBLİKASINDA HAZIRLAŞIR
AZƏRTAC xəbər verir ki, ölkəmizin qılıncoynatma üzrə yığma komandası aprelin 8-də Koreya Respublikasının Tayebayek Siti şəhərində başlanacaq dünya birinciliyində iştirak edəcəkdir. Respublikamız yarışda üç idmançı ilə təmsil olunacaqdır. Birincilikdə daha uğurlu nəticə göstərmək məqsədi ilə, komandamızın üzvü Səbinə Əmrahzadə Koreya Respublikasına gedərək, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) xətti ilə aprelin 8-dək orada təlim-məşq toplanışı keçəcəkdir. FİE yardım məqsədi ilə, hər il bu idman növünün zəif inkişaf etdiyi 30 ölkədən bir idmançının təlim-məşqlərdə iştirakını maliyyələşdirir. Aprelin 17-dək davam edəcək dünya birinciliyində Səbinə Əmrahzadə ilə yanaşı, Aidə Ələsgərova və Sevil Bünyadova da mükafatlar uğrunda mübarizə aparacaqdır. Hər üç qılıncoynadan “Neftçi” İdman Sağlamlıq Mərkəzinin üzvləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]