Azərbaycan sabahdan neft istehsalının məhdudlaşdırılması üzrə öhdəliklərindən azaddır
Bakı, 31 mart, AZƏRTAC
Aprelin 1-dən Azərbaycan da neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərindən azaddır.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “OPEC+” ölkələri üzrə gündəlik neft hasilatının 1,7 milyon barrel azaldılması ilə bağlı 2019-cu il dekabrın 6-da imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu gün başa çatır. Azərbaycan bu müddət ərzində “Əməkdaşlıq Bəyannaməsi” üzrə 27 min barrel həcmində öhdəliyini tam yerinə yetirib. Yanvar-mart aylarında ölkədə gündəlik neft hasilatı təxminən 754 min barrel olub. Azərbaycan neft istehsalını 2020-ci ilin planına və mövcud vəziyyətə uyğun həyata keçirəcək.
Azərbaycan qlobal neft bazarının sabitləşdirilməsinin tərəfdarıdır və bu məqsədlə “OPEC+” ölkələri arasında uzlaşmanın əldə edilməsi üçün mart ayında aparılan məsləhətləşmələr prosesində yaxından iştirak edib. Bundan sonra da Azərbaycan “OPEC+” formatında əməkdaşlığını neft istehsal edən ölkələr arasında Xartiya çərçivəsində davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]