Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN TARİXƏN DİNİ DÖZÜMLÜLÜK NÜMUNƏSİ OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, iyunun 28-də AŞPA-nın yay sessiyasının növbəti iclasında “İfadə azadlığı və dini etiqadlara hörmət haqqında” məruzəyə dair müzakirələrdə Milli Məclisin nümayəndə heyətinin üzvü Elmira Axundova çıxış edərək, Azərbaycanda bu sahədə olan vəziyyət barədə ətraflı məlumat vermişdir. O demişdir:

- Mən xanım Hurskaynenin məruzəsinin əsas müddəalarını alqışlayır və onu çox aktual sayıram. Müzakirə edilən mövzu ilə əlaqədar mən əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan Azərbaycan haqqında bir neçə kəlmə demək istəyirəm.

Mənim ölkəm əzəldən dini dözümlülük və tolerantlıq nümunəsi olmuşdur. Hələ XIX əsrdə Azərbaycanın müxtəlif bölgələrində qeyri-ənənəvi dini etiqada görə Rusiyada təqib edilən rusların - duxoborların, molokanların yığcam yaşadıqları məskənlər yaranmışdır. Onların nəsilləri Azərbaycanda bu gün də yaşayırlar. Məsələn, mənzərəli dağlar qoynundakı İsmayıllı rayonunda molokanların çoxsaylı icması yaşayır. Onlar respublika ərazisində qalmış yeganə kolxozda birləşmişlər. Vahid icma halında və vahid kollektiv təsərrüfatda yaşamağı onların özləri istəmişlər və respublika rəhbərliyi də torpaqlar özəlləşdirilərkən onların arzusunu nəzərə almışdır.

Azərbaycanın paytaxtı Bakıda tolerantlıq adi haldır. XIX əsrin ikinci yarısından dünyanın neft paytaxtına çevrilən Bakı dillərin, dinlərin, mədəni və dini ənənələrin qaynayıb-qarışması ilə qonaqları heyran qoymuşdur. XX əsrin əvvəllərində Cənubi Qafqazda ən iri pravoslav kilsəsi tikdirmək qərara alındıqda, onun inşası üçün əsas vəsaiti Bakının müsəlman neft sənayeçiləri ayırmışdılar. Aleksandr Nevski kilsəsi o vaxt Bakıda ən uca tikili idi, onun qızılı günbəzi Bakı limanına yaxınlaşan gəmilər üçün mayak rolunu oynayırdı. Dinə qarşı mübarizə aparan bolşeviklər 1936-cı ildə bu gözəl kilsəni partlatdılar. Bakıda müsəlmanların baş ziyarətgahının - Bibiheybət məscidinin də aqibəti belə oldu. Sivilizasiyalı Avropada sülh yaradıcısı imici qazanan Mixail Qorbaçov təxminən 100 il sonra, 1990-cı ilin yanvarında milli-demokratik hərəkatı yatırmaq və kommunist rejimini xilas etmək üçün sovet qoşunlarının Bakıya qan-qada ilə yeridilməsinə icazə verərək, öz bolşevik əcdadlarının “hünər”ini təkrar etdi: sovet əsgərləri Bakının incisi olan Mirodaşıyan müqəddəs zövcələr kilsəsini atəşə tutaraq dağıtdılar. Beləliklə, pravoslav kilsəsini xristianlar dağıtdılar, azərbaycanlı, müsəlman biznesmen isə onu bərpa etdi. Özü də onun açılış və müqəddəs xaç suyu çilənməsi mərasiminə Azərbaycanın bütün üç əsas dini icmasının - müsəlman, pravoslav və yəhudi icmalarının rəhbərləri də gəlmişdilər. Siz məscidin bərpası və ya tikintisi üçün xristianların vəsait topladığı barədə tarixdə belə faktları çoxmu taparsınız?

Son illər respublikada təkcə yeni məscidlər deyil, pravoslav məbədləri, sinaqoqlar, katolik kilsələri də tikilmiş və ya bərpa olunmuşdur. Ədliyyə Nazirliyində əsasən, xristianyönümlü onlarca missioner təşkilatı qeydə alınmışdır. Doğrudur, qeyri-ənənəvi dinin xalqımıza yad ideyalarını təbliğ edən missionerlərin ölkəyə axınını məhdudlaşdırmağa, yaxud da təməlçi islam ideyalarını yayan təşkilatlara sərt nəzarət etməyə çağırışlar cəmiyyətdə ara-sıra eşidilir. Lakin dövlət qurumları əqidə və dini etiqad azadlığının insanın əsas və ayrılmaz azadlıqlarından biri kimi təsbit olunduğu Azərbaycan Konstitusiyasına ciddi əməl edirlər.

Sonda Ermənistan nümayəndə heyətinin üzvü Geqamyanın nəzakətsiz çıxışı barədə bir neçə kəlmə demək istərdim. O, türklər və azərbaycanlılar əleyhinə kəskin və təhrikçi böhtanlara həsr etmiş çıxışında faktları aşkar şəkildə öz xeyirlərinə yozaraq, erməni memarlıq abidələrinin dağıdılmasından danışır, amma işğal olunmuş Azərbaycan ərazilərində erməni təcavüzkarların Azərbaycan xalqının nə qədər mədəniyyət, tarix və memarlıq abidələrini, nə qədər məktəbləri, kitabxanaları, muzeyləri dağıtdığından bir kəlmə də demir.

Mən türk həmkarım cənab Özalın dedikləri ilə razıyam - tarixdən, mübahisəli tarixi faktlardan siyasi şantaj vasitəsi kimi istifadə edilməsindən əl çəkmək lazımdır. Öz millətinə digər xalqa qarşı nifrət aşılanmasına, nəhayət, son qoyulmalıdır. Yalnız mədəniyyətlərarası və dinlərarası dialoq, dini icmaların qarşılıqlı hörməti beynəlxalq səviyyədə sülhü və təhlükəsizliyi qoruyub saxlamağa və müasir dövrün başlıca çağırışlarına layiqincə cavab verməyə qadirdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO