Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Turizm İnstitutunda “Məzun günü” qeyd edilmişdir

Bakı, 10 iyul (AZƏRTAC). İyulun 10-da Azərbaycan Turizm İnstitutunda (ATİ) “Məzun günü” qeyd edilmişdir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Tədbirdə ATİ-nin rektoru, professor Cəfər Cəfərov məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır. Bildirmişdir ki, cari tədris ilində rəhbərlik etdiyi ali təhsil müəssisəsini 9 ixtisas üzrə 161 məzun bitirmişdir. Onlardan 15-i ATİ diplomu ilə yanaşı, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu da əldə etmişdir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi turizm sənayesinin inkişafının dövlətimizin strateji maraqlarının tərkib hissəsi olduğunu bir daha təsdiqləmişdir. Bu qərarın heç şübhəsiz, ölkəmizdə turizmin inkişafı üçün böyük işlərin görülməsində müstəsna rolu vardır.

Rektor bildirmişdir ki, ATİ-nin məzunları da ölkədə turizmin inkişafına töhfələr verirlər. Məzunlarımızın işlədikləri müəssisələrdə hörmət qazanması bizi hədsiz sevindirir. Builki məzunlara ölkəmizin gələcəyi üçün müasir, bilikli mütəxəssis, layiqli vətəndaş olmağı arzu edirəm. İnanıram ki, bilik və səylərimizi birləşdirərək daha yüksək uğurlar əldə edəcəyik.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məzunları təbrik etmiş, bitirdikləri ali məktəbin adını daim uca tutmağı və Azərbaycanın gələcəyi naminə çalışmağı tövsiyə etmişdir. Bildirmişdir ki, artıq dördüncü dəfə “Məzun günü”nü qeyd edən ATİ Azərbaycanda məzunlara ikili diplom verən yeganə ali məktəbdir. Bu ali təhsil müəssisəsi məzunlarının diplomları artıq dünyada tanınır və onlar müxtəlif ölkələrdə işə qəbul olunurlar.

Nazir, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə turizmin inkişafı ilə bağlı görülmüş işlərdən və bu sahədə əldə olunmuş uğurlardan danışmışdır.

Avstriyanın IMC Krems Universitetinin rektoru xanım Eva Verner təhsilini uğurla başa vuran məzunları təbrik etmiş, onlara ən xoş arzularını diləmişdir. O, ATİ-nin məzunlarının Azərbaycanın turizm sənayesinin inkişafına layiqli töhfələr verəcəklərinə əminliyin vurğulamışdır.

Çıxış edən məzunlar da təhsil aldıqları dövrdə onlara yaradılan şəraitə görə ATİ-nin rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, doğma institutun şərəfini daim uca tutacaqlarına, müəllimlərinin və valideynlərinin etimadını doğruldacaqlarına söz vermişlər.

Sonra 2012/2013-cü tədris ilinin bakalavr və magistr məzunlarına ATİ-nin və Avstriyanın IMC Krems Universitetinin diplomları təqdim olunmuşdur.

Sonra cari tədris ili məzunlarından ixtisas, fakültə və institut birincilərinə plaketlər, 2012/2013-cü tədris ili üzrə institutun birincisinə ATİ-nin “Tələbə fəxri kitabı” təqdim edilmişdir.

Həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkil etdiyi bilik olimpiadasında, o cümlədən “Mən Azərbaycanlıyam” bilik müsabiqəsində uğur qazanan ATİ-nin tələbələrinə mükafatlar verilmişdir.

Mərasimdə Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn, nüfuzlu otel və turizm sənayesi müəssisələrinin məsul əməkdaşları iştirak etmişlər.

“Məzun günü” maraqlı konsert proqramı ilə başa çatmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “hoteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb