Azərbaycan Turizm İnstitutunda Novruz bayramı qeyd olunacaqdır
Bakı, 16 mart (AZƏRTAC). Martın 18-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Novruz bayramı qeyd olunacaqdır.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirin məqsədi xalqımızın çoxəsrlik tarixi ənənələrini və zamanın sınağından çıxmış mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramında tələbələri bir araya gətirmək, onları sevindirməkdir.
Diqqətə çatdırılmışdır ki, milli mənəvi dəyərlərimizi tələbələrə aşılamaq ATİ-nin tədris məqsədlərindən biridir. Gerçəkləşəcək tədbirdə Novruzun bu dəyərləri tələbələrlə bölüşüləcək, həmçinin digər qonaqlar institutla tanış ediləcəkdir.
Eyni zamanda, Azərbaycan milli musiqi mədəniyyətimizə həsr olunmuş tədbirdə tanınmış muğam ifaçıları da iştirak edəcəklər. Xalq Artisti, professor Şəfiqə Eyvazova milli musiqi mədəniyyətimiz haqqında danışacaqdır.
Tədbirdə bayram mətbəxinin şirniyyatları və ləziz təamları nümayiş etdiriləcəkdir. Həmçinin milli rəqslər, eləcə də, meydan-tamaşa oyunları və məzhəkələr, bayram əhval-ruhiyyəli mahnılar, şeirlər, rəqslər təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]