Azərbaycan turizmi Milanda təqdim olunur
Bakı, 14 fevral (AZƏRTAC). Fevralın 14-dən 17-dək İtaliyanın Milan şəhərində "BİT-2013" Beynəlxalq turizm sərgisi keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu nüfuzlu beynəlxalq sərgidə ölkəmizin turizm imkanları da nümayiş olunur.
Sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin məsləhətçiləri Məleykə Hüseynova, Azər Orucov, Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı Xəyalə Şahbazova, həmçinin “Geo Travel”, “Gilan Turizm”, “İmprotex travel” və “Regea travel” şirkətlərinin əməkdaşları daxildirlər.
Sərgidə nazirlik tərəfindən 30 kvadratmetrlik stend icarəyə götürülmüşdür. Burada Azərbaycanın tanınmış turizm məkanları haqqında məlumatlar ingilis dilində hazırlanmış 30 adda reklam-çap məhsulları vasitəsilə nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]