Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır

Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır

Bakı, 18 may, AZƏRTAC

İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun yazdığı şanlı Zəfər 30 illik işğala son qoymaqla yanaşı, ədaləti bərpa etdi, beynəlxalq hüququn mövcudluğunu, onun zamana və məkana görə tətbiqinin mümkünsüzlüyünü, kimin haqqın, kimin şərin yanında olduğunu nümayiş etdirdi. Bu reallıqların fonunda Azərbaycan-Türkiyə qardaşlığı, əməkdaşlığı liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr özünü daha qabarıq şəkildə büruzə verdi. Vətən müharibəsinin baş verdiyi andan Azərbaycanın yanında olan, “Azərbaycan tək deyil” mesajını dünyaya ünvanlayan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk xalqının dəstəyi ölkəmizə güc verdi, daha böyük ruh yüksəkliyi ilə irəliyə doğru addımlamağımızı şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin mayın 14-də Türkiyəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı ilə birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi bu birliyin, həmrəyliyin növbəti təzahürü kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyevin “Biz hər zaman bir yerdəyik” çağırışı dünyaya ünvanlanan növbəti mesaj oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, açılış mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə iki müttəfiq ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Postmünaqişə dövrünün mühüm reallıqlarından biri Azərbaycan-Türkiyə müttəfiqliyinin rəsmi sənəddə öz təsdiqini tapması oldu. Belə ki, qardaşlığı, dostluğu və müttəfiqliyi özündə əks etdirən Bəyannamənin imzalanmasına Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa şahidlik etdi. Bəyannamədə qarşıdakı dövrdə iki qardaş ölkə arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafının yol xəritələri öz əksini tapıb. Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün qardaş ölkəyə dəvət olunması bu birliyin sarsılmazlığının, liderlərin bir-birinə səmimi münasibətlərinin, ən əsası önəmli hadisələrdə biri-birinin yanında çiyin-çiyinə olmaq istəklərinin təqdimatı oldu. Açılış mərasimində diqqət çəkən mənzərələrdən biri məhz bu səmimiyyət ruhunda dövlət başçılarının xoş ovqatla, “Bir millət, iki dövlət”in bir-birinə uzatdığı dostluq, qardaşlıq, müttəfiqlik əllərinin liderlərin timsalında birləşdirilmiş formada dünyaya təqdim etdirilməsi oldu.

Diqqəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında, həmçinin ötən ilin oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Prezidentinin yanında olmasına yönəldən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimində “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. “Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” fikri dünənə baxış və qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi dəyərləndirilir.

Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 ilinin tamam olduğunu önə çəkərək, iki qardaş ölkənin ayrı-ayrı sahələrdə əməkdaşlığının genişləndirilməsi fonunda qazanılan uğurlardan bəhs edib. Deyib ki, tərəflər arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq 44 günlük İkinci Qarabağ müharibəsində öz nəticəsini göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərdə fəal iştirakı, beynəlxalq standartlara uyğun maddi-texniki bazasında formalaşdırılması ordumuzun döyüş qabiliyyətinin artmasında əhəmiyyətli rol oynadı. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Zəfər paradı hər iki ölkənin bu sahədə malik olduqları imkanların, birliyin, həmrəyliyin bir daha nümayişi oldu. Dünya bu təqdimatın hələ 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illik yubileyi münasibətilə Azərbaycan-Türkiyə əsgərlərinin möhtəşəm paradında şahidi olmuşdu. Həmin paradda bu əminlik ifadə edilmişdi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı işğal altında olan bütün torpaqlarımızda qaldırılacaq.

“İlyarımdır Zəfərin sevincini dost, qardaş ölkə ilə birgə yaşayırıq. Otuz il dağıdılıb məhv edilən ərazilərdə şanlı Zəfərimizdən sonra başlanan quruculuq və bərpa işlərinə daim ölkəmizlə çiyin-çiyinə olan qardaş Türkiyənin dəstəyi böyükdür. Azad edilmiş ərazilərdə birinci aqropark Zəngilan rayonunda yaradılır. Ötən il Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində tikintisi başa çatan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edən Azərbaycan və Türkiyə prezidentləri sonra Zəngilana gələrək burada “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular, həmçinin birlikdə “DOST Aqropark” adlandırılan investisiya layihəsinin təməlini qoydular. Bu layihə iki qardaş ölkənin müştərək investisiya layihəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın azad Qarabağa ilk səfər edən əcnəbi dövlət başçısı kimi Şuşada olması, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi möhkəm təmələ əsaslanır, ən əsası ölkələrimiz sevincli, kədərli günlərində bir yerdədirlər və bu birlik dünyaya nümunədir. Böyük öndər Mustafa Kamal Atatürkün qeyd etdiyi kimi, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Bu fikirlərə istinadən dövlətimizin başçısı İlham Əliyev bunu əlavə edir ki, Türkiyənin sevinci Azərbaycanın sevinci, kədəri Azərbaycanın kədəridir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsi kimi dəyərləndirilən bu addımlarının davamlılığı şübhəsizdir. İki dost, qardaş ölkə birlikdə daha möhtəşəm uğurlara imza atacaq, dastanlar yazacaqlar. Rəcəb Tayyib Ərdoğan 2020-ci il dekabrın 10-da Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında qeyd etdiyi kimi, hələ atılacaq çox imzalar olacaq. Bu fikir fonunda böyük qürur hissi ilə qeyd edirik ki, ötən il Milli Qurtuluş Günündə Azərbaycanla Türkiyə arasında müttəfiqliyin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanması uğurlarımızın zirvəsi oldu”, - deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli və genişmiqyaslıdır. Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Postmünaqişə dövrünün reallıqları fonunda gerçəkliyə çevriləcək layihələr bu münasibətləri daha yüksək zirvələrə qaldıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu il Avropanın ən iri neft şirkətləri 5,55 milyard avro məbləğində mənfəət əldə ediblər

Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir

Mehmet Özçubukçu: TRIPP Orta Dəhlizin potensialını və dayanıqlılığını artıra biləcək mühüm bağlantıdır

Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır

Naxçıvana 258 milyon manatın ayrılması regionun dayanıqlı inkişafına yönəlmiş siyasətin növbəti mühüm hissəsidir – RƏY

Ceymi Vardi Braziliya klubu ilə anlaşıb

ABŞ eksperti: TRIPP Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib

“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib

Böyükşor gölünün suyu nə üçün yaşıl rəngə boyanıb? - analizin nəticələri açıqlandı

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib VİDEO

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib VİDEO

Buğaçda “Qurultay”: macar ənənələri və köçəri xalqların irsi

Gürcüstanda azərbaycandilli ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb

Türkiyənin “MARLİN” ekipajsız katerləri dəniz minalama sistemi ilə təchiz edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Yeddi ayda külək elektrik stansiyalarından istehsal 22 dəfə artıb

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunub

Bu il Günəş enerjisi üzrə 459 giqavat/saat yeni batareya tutumu istifadəyə veriləcək

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda tədbir təşkil olunub

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

AZAL Atırauya ilk reysini həyata keçirib

Tramp Hörmüz boğazında ABŞ-nin səylərinə mane olarsa, Omana hücum edəcəyini açıqlayıb

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır VİDEO

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır VİDEO

Şuşanın Kiçik Qaladərəsi kəndinə köçən 11 ailəyə mənzillərin açarları təqdim edilib

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Dövlət orqanlarında 847 vakant inzibati vəzifənin tutulması üçün müsahibə elan edilib

Yeni sülh və kommunikasiya gündəliyinin kəsişdiyi məkan ŞƏRH

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Özəlləşdirmə və icarədən büdcəyə 145 milyon manat vəsait ödənilib

Neft məhsullarının istehsal dəyəri 3 milyard manatı ötüb

Türkiyə vətəndaşı uşaq ölümlərinə diqqəti cəlb etmək üçün 730 kilometr yolu piyada gedəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 33 faizi ötüb

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Brüsseldə açılan “Postkolonial?” sərgisi Avropanın müstəmləkəçilik irsini araşdırır

Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 13,3 milyard kubmetr qaz ixrac edilib

2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb

Arif Əsədov: Zubirin gedişi “Qarabağ”a müvəqqəti çətinlik yaradacaq

“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif etməyə hazırlaşır

® Aylıq 1 faizdən başlayan “Lombard” krediti

ANAMA: Ötən həftə 132 mina aşkarlanaraq zərərsizləşdirilib

Rəsədxana: Avqustun 17-18-də zəif geomaqnit qasırğası gözlənilir

Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir

Yaxın iki gündə hava əsasən yağmursuz keçəcək - Açıqlama

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb

Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur ŞƏRH

Naxçıvanın müdafiə, enerji və logistika dayanıqlığının gücləndirilməsi təhlükəsizlik arxitekturasının əsasını təşkil edir- ŞƏRH

Məlahət Abbasova Türkiyənin Film-San teatr mükafatının münsiflər heyətinə seçilib

Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub

Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb

Gənclərin dini təhlükəsizliyi: sosial şəbəkələr və müasir çağırışlar

Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək

“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam

“Sumqayıt”ın kapitanı əməliyyat olunub

“Nestle” arıqlama preparatlarından istifadə edən istehlakçılar üçün yeni məhsullar hazırlamağı planlaşdırır

Şəhid ailələri Qarabağa səfər ediblər

“İmişli” gənc futbolçusu ilə vidalaşıb

“Maarifçi”lər arasında keçirilən intellektual oyunun qalibi məlum olub

Güneyxırman və Quzeyxırman kəndlərinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur? – DİM-dən açıqlama

Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar

Bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb

Komitə sədri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək

Türkiyədə daşınmaz əmlakın Fəlakət Sığortası sistemi ilə əhatə olunması 58 faizə yüksəlib

Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub

TRT-nin “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq artisti Elza İbrahimovaya həsr olunub

Bu ilin yanvar-iyul aylarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4963 cinayət faktı aşkarlanıb

Azərbaycan U-15 millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb

Yaxın Şərqdəki istehsalçıların Körfəzdən böyük həcmdə neft göndərməyə davam etdiyi bildirilir

Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır

Almaniyadan könüllü geri qayıdanların sayı artıb

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur

Azərbaycanın iki cüdoçusu İspaniya Superkubokunda qızıl medal qazanıb

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Mütəxəssis izah edir

“Yuventus” Qulyelmo Vikario transferinə yaxındır

Cavid İsmayılov: NDU-da yeni yataqxana kompleksinin tikintisi tələbələrin sosial rifahını yaxşılaşdıracaq

Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır

Sabah hava əsasən yağmursuz keçəcək

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək VİDEO

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək VİDEO

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır

Qazaxıstanda Azərbaycan komandasının da iştirak etdiyi gənc müfəttişlərin toplantısı davam edir

“Rheinmetall” Almaniya ordusu üçün əlavə 149 mobil tibbi yardım məntəqəsi hazırlayacaq

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Siyəzəndə restoran yanıb

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb