AZƏRBAYCAN ÜZGÜÇÜLƏRİ DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR
Məşqçi bu dəfə ölkə çempionları Tural Abbasov və Elgün Babayevi sınaqdan çıxarmaq niyyətindədir. Məqsəd Avropa, dünya və olimpiya çempionlarının iştirak etdiyi bu yarışda gənc üzgüçülərimizin imkanlarını yoxlamaq və onları belə mötəbər idman mübarizəsinə psixoloji cəhətdən hazırlaşdırmaqdır.
Yüzə yaxın ölkədən 2 mindən artıq idmançının mübarizə aparacağı yarışlarda Tural Abbasov 50, 100 və 200 metr məsafələrə arxası üstə, Elgün Babayev isə 200 və 400 metr məsafələrə kompleks və 200 metr məsafəyə sərbəst üsulla üzəcəkdir.
İdmançılarımız aprelin 2-də Çinə yola düşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]