AZƏRBAYCAN XALQI XOCALI FACİƏSİNİ UNUTMUR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Muzey Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Nazirliyin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, xalq rəssamı Arif Hüseynov, muzey mərkəzinin bədii yaradıcılıq proqramları şöbəsinin müdiri Adelya Səfərova 1992-ci il fevralın 25-dən 26-a keçən gecə XX yüzilliyin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında danışmışlar.
Tədbirdə “Günay” Uşaq Teatrının və “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin üzvləri şairə Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşasını nümayiş etdirmişlər. Tamaşanın quruluşçu rejissoru Larisa Tarusova, bədii tərtibatçısı Günəş Talıblı, məsləhətçisi Aygün Zamanlıdır.
Xatırladaq ki, tamaşa M.S.Ordubadinin xatirə muzeyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində də nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]