AZƏRBAYCANA GƏTİRİLƏN HEYVANLAR YOXLAMADAN KEÇİRİLİR
Baytarlıq Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qonşu dövlətlərdə aşkarlanmış “Sibir xorası” ilə əlaqədar olaraq Azərbaycana gətirilən bütün heyvanlar yoxlanılır. Hazırda Gürcüstandan Azərbaycana ət məhsulları, həmçinin diri heyvan gətirilməsi hallarına təsadüf olunur. Amma indiyədək “Sibir xorası” xəstəliyi aşkarlanmamışdır.
Ümumiyyətlə, ölkəmizdə 2 milyondan artıq iribuynuzlu, 100 minə yaxın təkdırnaqlı heyvan bu xəstəliyə qarşı peyvənd edilmişdir. Xırda buynuzlu heyvanlarda da peyvənd aparılır.