Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində yeni dövr başlayır ŞƏRH

Azərbaycanın Afrika ölkələri ilə münasibətlərində yeni dövr başlayır  ŞƏRH

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycanın son otuz ildə xarici siyasət prioritetləri praktiki olaraq dəyişməyib. Ərazi bütövlüyünün bərpası, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, möhkəm regional iqtisadi tərəfdaşlıqların inkişafı, eləcə də çoxtərəfli siyasət ölkənin xarici siyasət strategiyasında prioritet olaraq qalır. Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi siyasi konyunkturanın yox, ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Uzun illər Qərbin amansız istismarına məruz qalan “Qara qitə” ölkələrinin “soyuq müharibə”nin başa çatmasından sonra geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri də bunun sübutudur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, bu səfərin Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin əsasını qoyacağına inam böyükdür. Münasibətlərimizin təməlini qoyan və çox önəmli, eyni zamanda, sanballı bir sənəd kimi qiymətləndirilən Əməkdaşlıq haqqında Bəyannamə iki ölkənin gələcək fəaliyyətinin perspektivlərini müəyyən edəcək və inkişafa təkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə olunur. İndi hər iki ölkə mövcud potensiallardan istifadə edərək, ikitərəfli əlaqələri inkişaf etdirmək istəyir. Bunun üçün zəruri şərait də var. Neft və enerji, təbii ehtiyatlar, ictimai xidmətlər sektoru, təhsil, turizm, humanitar elmlər və digər sahələrdə tərəflər sıx əməkdaşlıq münasibətləri yarada bilərlər.

Konqonun əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olduğunu diqqətə çatdıran deputat əlavə edib: “Ancaq uzun illər bu sərvətlər avropalılar tərəfindən amansızcasına istismar edilib. Bu gün Afrika ölkələri hegemonluğa, müəyyən dövlətlərin hökmranlığına, təbii sərvətlərin istismarına qarşı çıxır. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bu məsələyə toxunaraq bildirdi ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin ümumi fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Konqo lideri xüsusilə vurğuladı ki, ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartlara qarşı birlikdə mübarizə aparacaq”.

Rəşad Mahmudov deyib ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri ön planda durub. Bu gün dünya miqyasında böyük hörmətə malik Bakı Təşəbbüs Qrupunun nəticələri göz qabağındadır. Azərbaycanın təşəbbüsü ilə yaradılan bu qrup beynəlxalq aləmdə öz sözünü deyən quruma çevrilib.

“Azərbaycan Prezidenti Konqo Prezidenti ilə birgə mətbuata bəyanatında iqtisadi əlaqələrin perspektivindən danışaraq nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verildiyini, ölkəmizin Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsinə sərmayə yatıracağını açıqladı. Eyni zamanda, ölkəmizin zəngin mədənçilik təcrübəsi var və neft-qaz sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet sahələrdən biri ola bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Mühüm dövlətlərarası sənədlərin imzalanması və müvafiq göstərişlərin verilməsi belə deməyə əsas verir ki, yaxın aylarda Azərbaycan və Konqo arasında təmaslar intensivləşəcək”, - deyə deputat vurğulayıb.

O, sonda qeyd edib ki, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Afrika ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu baxımdan Konqo ilə dost əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri ikitərəfli əməkdaşlığın səhifəsini açdı. Şübhə yoxdur ki, ölkələrin dost əlaqələr qurmaq istəyi bu əməkdaşlıq səhifəsini dolğun, hər iki xalqın mənafeyinə uyğun siyasi-iqtisadi, eləcə də humanitar layihələrin reallaşdırılması ilə zənginləşdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib