Azərbaycanın dağlıq ərazilərində qar yağacağı gözlənilir
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycanın dağlıq ərazilərində hava əsasən yağmursuz keçəcək, lakin ayın 11-də gecə və səhər bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, aran rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.
Cənub bölgəsində də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 2-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]