SİYASƏT
Azərbaycanın İrandakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başa çatıb
Tehran, 11 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar İran İslam Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılan səsvermə 96 faiz seçici fəallığı ilə başa çatıb.
Səfirlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasının 31 nömrəli məntəqəsi üzrə İranda müvəqqəti və daimi yaşayan vətəndaşlarımız, səfirliyin əməkdaşları və onların səsvermə hüququ olan ailə üzvləri, habelə səsvermə günü müxtəlif səbəblərə görə Tehranda olan vətəndaşlarımız səs veriblər.
Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran