Azərbaycanın Macarıstandakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başa çatıb
Budapeşt, 11 aprel, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 52 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşıb. Seçkinin gedişatı barədə məlumatlar gün ərzində mütəmadi olaraq Mərkəzi Seçki Komissiyasına göndərilib.
AZƏRTAC xəbər verir ki, Macarıstanda müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, habelə səfirliyin əməkdaşları və ailə üzvləri, bu ölkədə təhsil alan Azərbaycan vətəndaşları səsvermə prosesində fəal iştirak ediblər. Konsulluq qeydiyyatında olan 76 nəfərdən 73-ü səsvermədə iştirak edib (96%).
Səsvermə prosesi Seçki Məcəlləsinə uyğun aparılıb. Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt