Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın milli irsi: Basqal və kəlağayı

Bakı, 19 yanvar, AZƏRTAC

Haradasa Bakı qalasını xatırladan Basqal kəndi abadlığı ilə göz oxşayır. İsmayıllı rayonunun indiki mərkəzindən 56 kilometr məsafədə yerləşən Basqal 1933-cü ilədək rayon mərkəzi rolunu oynayıb. Altmış hektar ərazisi olan kənd hazırda dövlət mədəni-tarix qoruğudur. Bu kəndin şərəfinə adlanan milli oyun havası da var. Azərbaycan kino sənətinin klassik nümunələrindən biri olan “Uzaq sahillərdə” filminin bəzi epizodları burada çəkilib. Lakin Basqala başlıca şöhrəti qazandıran burada hazırlanan və dünyada tanınan milli ipək kəlağayılardır.

Seysmik kəmər və xüsusi dialekt

“Basqal” türk sözüdür. Akademik Ziya Bünyadovun fikrincə, bu, “bas” və “qal” sözlərinin birləşməsindən yaranıb ki, bu da “alınmaz qala”, “qala qur”, “qala ucalt” mənalarını verə bilər.

Ötən əsrin 80-ci illərində Basqalda aparılmış qazıntılar bu yerlərin ən azı iki min illik tarixindən xəbər verir. O, həmçinin qədim dövlətin - Qafqaz Albaniyasının tərkibində olub. Basqalın cənub-şərqində antik dövrə və orta əsrlərə aid qədim yaşayış məskənlərinin izləri olan abidələr qalır. Kənd qəbiristanlığında azı 500 illik tarixə malik qədim başdaşı ilə birlikdə məzarlara rast gəlmək olar.

Ərazinin əlverişli coğrafi mövqeyi siyasi, iqtisadi və strateji mahiyyət daşıyıb. Orta əsrlərdə Basqalı çoxsaylı işğalçılardan müdafiə etmək üçün xeyli qala və müdafiə istehkamları tikilib.

Çay daşı döşənmiş dar küçələr, elə həmin daşlardan tikilmiş evlər xüsusi ab-hava yaradır. Səliqəli küçələrdə sıra ilə tikilmiş evlərin hamısının həyətyanı sahəsi var. Basqalın maraqlı xüsusiyyəti odur ki, orada bütün evlərin üzü Məkkəyə tərəf baxır. Digər fərqləndirici xüsusiyyət ondadır ki, hələ XVII əsrdən burada hamamlar evlərin içərisində tikilib. İndi bu, bizə adi görünsə də, o zaman bu cür rahatlıq adətən ya saraylarda yaradılar, ya da insanlar ümumi hamamlara gedərdilər.

Adi Basqal evinin birinci mərtəbəsində təsərrüfat otaqları yerləşir, ikinci mərtəbə yaşayış üçündür. Çay daşlarının arasına hər 5-6 qatdan bir ağac tir qoyulub. Buna mütəxəssislər “seysmik kəmər” deyirlər.

Kənd əhalisinin sayı çox deyil. Belə ki, 20 il əvvəl burada 3000 nəfər yaşayırdısa, indi təxminən 1500 nəfər qalıb. Basqallılar Azərbaycan dilinin Təbriz ləhcəsinə yaxın şivədə danışırlar. “G”, “c” və “ç” hərflərinin dəyişik tələffüzü danışıqlarına fərqli ahəng qatır.

Ağacda yerləşən çayxana və qədim kürəbənd

Basqalın mərkəzində geniş meydan var. Oradan Səyyad, Fit dağlarına və ətraf meşələrə gözəl mənzərə açılır.

Kənddə beş böyük məhəllə var. Onlardan ən böyüyü Qoşabulaq və Dəmirçi bazarıdır. Ən qədim məhəllə Kələküçədir. Dəmirçi bazarı məhəlləsinin gözəçarpan tarixi obyekti XVII əsrə aid hamamdır. Basqal Böyük İpək Yolu üzərində dayanacaqlardan biri olub. Dəmirçi bazarı ticarət karvanlarını, qızğın alveri hələ də xatırlayır. Məhəllədə, həmçinin XVI əsrdə əkilmiş çinar ucalır. Ağac o dərəcədə böyükdür ki, bir vaxt orada çayxana yerləşib, sonra bərbərxana fəaliyyət göstərib. Hazırda həmin çinar dövlət tərəfindən qorunur.

Dəmirçi bazarı məhəlləsindəki Hacı Bədəl məscidində (1854) Seyid Ümülbanu sərdabəsi (1488) yerləşir. Məscidi Hacı Bədəl Məşədi oğlu öz vəsaiti hesabına tikdirib. 1924-1990-cı illərdə anbar kimi istifadə edilmiş məscid hazırda təyinatı üzrə fəaliyyət göstərir.

Əl-Fəqir Şeyx Səfayi ibn Şeyx Məhəmməd məscidi (XVII əsr) Kələküçə məhəlləsinin ən qədim tarixi abidələrindəndir. Məscid 475-ci ildə Əl-Fəqir Şeyx Səfayi ibn Şeyx Məhəmməd tərəfindən tikilib. Sovet dövründə iki minarəsi sökülüb, daş kitabəsi məhv edilib. 1975-ci ildəki yanğına qədər mədəniyyət evi kimi istifadə edilib. Nəticədə məscid ilkin görkəmini itirib.

Qeyd etmək lazımdır ki, hələ XII əsrdə Basqalda kürəbənd adlanan kanalizasiya sistemi tikilmişdi. Bu şəbəkə elə qurulub ki, çirkab su üstü sal daşlarla örtülü səliqə ilə hörülmüş borularla üzüaşağı axırdı. Sistem vaxtilə qədim Lahıcda yaradılmış və indiyədək fəaliyyət göstərən analoji sistemi xatırladır.

Kəlağayı əlifbası

Basqal orta əsrlərdə sənət və ipəkçilik mərkəzlərindən biri olub. Basqallılar deyirlər ki, Şəkiyə də ipəkçilik Basqaldan keçib, hətta şəkili ipək ustaları ipək əyirməyi onlardan öyrəniblər.

Arxeoloq A.P.Fituni “Şirvanın son paytaxtının tarixi” məqaləsində yazırdı: “1795-ci ildə İran şahı Ağaməhəmmədin Gürcüstana, Muğana, Talış və Şirvana hücumu zamanı Şirvan xanı Mustafa öz yaxın qohumları ilə yaxınlıqda yerləşən Fit dağındakı qalaya çəkilir. Onlar qaladan çox da uzaq olmayan Basqal şəhərciyində baramaaçan və ipəyirən fabrik açırlar”.

Yaxın keçmişə qədər Basqalda hər evdə ipəkəyirən qədim dəzgahlar olub. Boyaçılıq, toxuculuq, ipəkçilik nəsildən-nəslə keçərək inkişaf edib. İpəkdən hazırlanan ən populyar məhsul kəlağayıdır. O, müstəsna olaraq Azərbaycanda istehsal edilən qadın baş örtüyüdür. Çəkisi 125 qram olan kəlağayı üzükdən asanlıqla keçir.

Azərbaycan xalq yaradıcılığının gözəl nümunəsi sayılan kəlağayı sosial statusundan asılı olmayaraq qadın geyiminin əsas atributlarından olub. Qızlar, orta və yaşlı qadınlar üçün kəlağayılar fərqli idi. Kəlağayı müxtəlif rəng və ölçülərdə olur, adətən yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Adətən toy zamanı gəlinin başına qırmızı kəlağayı örtər, yasda hər kəs qara kəlağayıya bürünərdi. Adi vaxtlarda açıq qəhvəyi və ya bəyaz rənglərində kəlağayılar bağlanardı. Kəlağayının bağlanma formasının da öz mənası var idi. Məsələn, gənc qadınlar və qızlar kəlağayını “örpək”, yaşlı qadınlar isə “çalma” və ya “dingə” kimi bağlayardılar. Hazırda kəlağayı şal kimi də çiyinə salınır, belə bağlanır, ondan ponço kimi istifadə edilir.

Altı-yeddi rəng çalarında olan kəlağayılar daha qiymətli sayılıb. Basqalda indi məhz bu cür kəlağayılar hazırlanır.

İpək və ustalığın zəfəri

Əsrlərdən bəri ipəkçilik mərkəzlərindən biri olan Azərbaycanda milli geyimlərin hazırlanmasında ipək parçalardan geniş istifadə edilib. XIX əsrin birinci yarısında Basqalın ipək məmulatlarının şöhrəti Azərbaycanın hüdudlarını aşıb. 1862-ci ildə Azərbaycan ipəyi Londonda keçirilən beynəlxalq sərgidə nümayiş etdirilib. Həmin sərgidə basqallı toxucu Nəsir Abduləziz oğlu təqdim etdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medal və diplomla mükafatlandırılıb.

XIX əsrdə bu qəsəbəyə gəlmiş jurnalist M.N.Lebedev-Kostromsev kəlağayı toxunan karxanaları gəzib, toxucuların ağır vəziyyətdə çalışmalarına baxmayaraq, öz sənətlərinə sadiqliyini qeyd edərək yazıb: “Basqala Şamaxıdan Rusiya atlarından kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. Atlar orta yaşlı, qarabuğdayı sahibini dərhal başa düşür, qarşıya çıxan daşları və digər maneələri, gur dağ çayını sürətlə keçirdi. Basqala axşam çatdıq. Neft lampaları, fənərlər həyətləri yaxşı işıqlandırırdı. Avazlı səs eşidildi. Çarvadar dedi ki, məscid minarəsindən gələn bu səs insanları axşam ibadətinə çağırır” (“Kavkaz” qəzeti, 1882-ci il, 310-cu nömrə).

Keçən əsrin 60-cı illərinədək Basqalda, demək olar, hər evdə kəlağayı toxunurdu. SSRİ dağıldıqdan sonra Azərbaycan bazarına qonşu dövlətlərdən müxtəlif şallar, qadın baş örtükləri gətirildiyi üçün milli kəlağayı bir müddət dəbdən düşüb. Lakin son vaxtlar milli ənənələrə marağın artması fonunda kəlağayı yenidən aktuallaşıb. Basqalda bir neçə ildir ki, həm kəlağayı, həm də digər ipək məmulatların istehsal olunduğu İpək Mərkəzi fəaliyyət göstərir. Mərkəzin nəzdində, həmçinin kiçik “Kəlağayı muzeyi” fəaliyyət göstərir.

Basqal İpək Mərkəzində kəlağayı sifarişlə hazırlanır, qiyməti isə rənglərin sayından və naxışın mürəkkəbliyindən asılı olaraq dəyişir. Kəlağayı hazırlamaq uzun prosesdir. Bir kəlağayı 7-10 günə başa gəlir. Əvvəlcə barama sapından ipək parça toxunur və lazımi ölçülərdə kəsilir. Sonra qaynar su ilə dolu nəhəng çuqun qazana təbii boyalar tökülür. İpək parçaları boyalı suda qaynadırlar ki, rəngi solmasın.

Boyama işi başa çatdıqdan sonra parçalar qurudulur, ütülənir və bəzəmə prosesinə başlanılır. Bunun üçün müxtəlif fiqur, milli naxış və ornamentli basma qəliblərdən istifadə edilir. Onların hamısının öz adı və mənası var. Ən çox istifadə edilən ornament butadır.

Buta damlaya bənzər naxışdır. O, haradasa yumruqlanmış əlin aşağı hissəsinin izini xatırladır. Basqal ustaları deyirlər ki, məhz bu şəkildə - rəngə batırılaraq bükülmüş ovucun aşağı tərəfi ilə ilk buta naxışı salınıb. Güman edilir ki, Azərbaycanda geniş yayılmış bu naxış tarixi kökləri ilə atəşpərəstliyə bağlıdır.

Mərkəzdəki “Kəlağayı” interaktiv muzeyinə gələnlər nəinki kəlağayının tarixi və ənənələri ilə tanış ola bilər, həm də onların hazırlanma prosesini müşahidə edə bilər, hətta özləri bu prosesdə iştirak edə bilər və öz işlərini Basqaldan xatirə kimi apara bilərlər.

Modanın şıltaqlığına baxmayaraq, naxışların ölçü və forması dəyişməz qalır. Ona görə də kəlağayını dünyanın ən qədim və hər zaman aktual olan baş örtüklərindən biri hesab etmək olar.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir - ŞƏRH

Gürcü nazir müavini: Orta Dəhliz artıq alternativ marşrutdan əsas nəqliyyat arteriyasına çevrilib

Türk professor: Azərbaycanın innovasiya tarixində TRIZ-in xüsusi yeri var

ADPU şəbəkəsində Bilik Günü qeyd olunub

Skott Bessent: ABŞ artıq İran təhdidini idarə etmir, ona son qoyur

Polis Akademiyasında andiçmə mərasimi olub

Rəssamlıq Akademiyasında I kurs tələbələri ilə görüş: qarşıdakı təhsil mərhələsinə hazırlıq

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü keçirilib

Təbiətin silə bilmədiyi izlər: Bakı uğrunda döyüşlərin yadigarı olan səngərlər –  REPORTAJ  VİDEO

Təbiətin silə bilmədiyi izlər: Bakı uğrunda döyüşlərin yadigarı olan səngərlər – REPORTAJ VİDEO

Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Ankarada Qafqaz İslam Ordusuna abidə qoyulub

Dövlət Neft və Sənaye Universitetində 15 Sentyabr – Bilik Günü qeyd edilib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib YENİLƏNİB-2 VİDEO

Deputat: Türk dünyasının inteqrasiyası olduqca vacibdir

BMU-da yeni tədris ilinin açılış mərasimi olub

Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir ŞƏRH

Azərbaycan və Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı perspektivləri nəzərdən keçirilib

Hörmüz boğazında 5 böyük neft çirklənməsi qeydə alınıb

Cəlilabadda iki kənddə yeni məktəb binası istifadəyə verilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaş müraciətlərini dinləyib

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub

DSX-nin Xüsusi Məktəbində yeni tədris ilinin başlanması qeyd olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir ŞƏRH

Azərbaycanlı rəssam Kann şəhərində beynəlxalq mükafata layiq görülüb

Polşa, Çexiya və Macarıstanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər ediblər

Oman yaxınlığında gəmiyə hücum olub, itkin düşənlər var

Yeni tədris ilində Qarabağ Universitetində 3500-ə yaxın tələbə təhsil alacaq

Kriştianu Ronaldu “Əl-Nəsr”in ortaq sahibi ola bilər

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub VİDEO

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub VİDEO

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

Azərbaycan və AİB enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Ağcabədidə fermerlərlə aqrar dəstək mexanizmləri müzakirə edilib

Hörmüzə alternativ “Petroline” kəmərinin fəaliyyətinin dayandırılması Səudiyyə Ərəbistanının neft ixracı yollarını daraldıb

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb

Ekspert: Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın institusional xarakter aldığını göstərir

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

Fərhad Bədəlbəyli: Milli Musiqi Günü münasibətilə Bakıda zəngin proqram hazırlanıb

Balakənin Bedağar kəndində yeni məktəb binası istifadəyə verilib VİDEO

Balakənin Bedağar kəndində yeni məktəb binası istifadəyə verilib VİDEO

Xırdalanda evdə partlayış olub, 1 nəfər ölüb

“Kibertəhsil və süni intellekt” mövzusunda müzakirə

Naxçıvan Dövlət Universitetində Bilik Günü qeyd olunub

ADPU şəbəkəsində qəbul planı 96,98 faizi yerinə yetirilib

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

Ünvanlı dövlət sosial yardımı alan ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə olunub

Azərbaycan maliyyə dayanıqlılığından struktur iqtisadi dayanıqlılığa doğru irəliləyir – ŞƏRH

Aqil Şirinov: Tələbələr akademik biliklərlə yanaşı, şəxsi və peşəkar inkişafa da diqqət yetirməlidirlər

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir

Son 10 ildə tələbə sayı 4 mindən 8 minə çatdı – GDU-da Bilik Günü

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İnnovasiya haqqında 100 sual” təqdim edilib

Prorektor: ADPU-nun məzunlarından 1163 nəfəri əmək bazarına daxil olub

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır

Növbəti iki gündə Bakıda hava şəraiti dəyişkən buludlu olacaq

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Vergi Xidmətinin əməkdaşı BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib

Azərbaycan Prezidenti: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib

® Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klas olacaq

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib

Norveç kralının varisləri milyonlarla dollar dəyərində sərvəti bölüşdürməli olacaqlar

Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir

Ekspert: Azərbaycan region üçün AI həlləri hazırlayan və ixrac edən ölkəyə çevrilə bilər

Azərbaycan Prezidenti: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq

Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb

® “Bank of Baku”da səhiyyə işçilərinə özəl fürsət var: 80 min manatadək kredit 0 faiz komissiya ilə

Prezident: Azərbaycan xalqı dünyada bir presedent yaratdı

Azərbaycan iyulda Türkiyənin ən böyük qaz tədarükçüsü olub

Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

Baş direktor: Yüksək Texnologiyalar Parkı transformasiya dövrünü yaşayır

Prezident: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir

Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması müzakirə edilib

“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq

“Yüksəkkeyfiyyətli ekoloji mühit” məqsədinin icrası üzrə monitorinq və qiymətləndirmənin nəticələri təqdim olunub

Azərbaycan Prezidenti: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir

NDU-nun Beynəlxalq Məktəbində yeni tədris ilinin ilk zəngi çalınıb

Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib

“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib

Misir Mərdanov: Tarix siyasi məqsədlər üçün yenidən yazılmamalıdır

“ASAN AI Hub” platformasında 50-yə yaxın süni intellekt həlli təqdim olunub

Xorvatiyada ilk hibrid elektro-dizel qatarı istifadəyə verilib

Azərbaycan millisinin Tacikistanla yoldaşlıq oyununun hakimləri bəlli olub

AzTU-nun bakalavriat səviyyəsində qəbul planı 97 faiz yerinə yetirilib

Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin binası istifadəyə verilib VİDEO

Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin binası istifadəyə verilib VİDEO

Azərbaycan metanol ixracından qazancını cüzi artırıb

Rəngbərəng çantalar, həyəcanlı baxışlar - Şamaxının Göylər kəndində ilk dərs günü  FOTOLAR VİDEO

Rəngbərəng çantalar, həyəcanlı baxışlar - Şamaxının Göylər kəndində ilk dərs günü FOTOLAR VİDEO

Həsən Kodirov: Yəhya Bakuvinin əsərləri tərcümə edilib nəşr olunmalıdr

Naxçıvanda musiqi və incəsənət məktəblərində 4455 şagird tədrisə başlayıb

UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər

A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk professor: Yəhya Bakuvi Azərbaycanın mənəvi irsinin Anadoluda və Balkanlarda yayılmasında mühüm rol oynayıb

Xarici diplomatların Azərbaycanın ərazisində səfəri Ermənistanın daxili siyasi müzakirələrinin predmeti ola bilməz ŞƏRH

Aqrar Sığorta Fondunda aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir