AZƏRBAYCANIN PAKİSTANDAKI SƏFİRLİYİNDƏ XOCALI SOYQIRIMININ 18-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın 18-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycanın Pakistandakı səfirliyində anım mərasimi keçirilmişdir.
Mərasimdə faciəni əks etdirən film və İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində çəkilmiş klip göstərilmişdir.
Həmin gün ölkənin aparıcı ingilis dilli qəzetlərindən olan “Pakistan Observer”də Azərbaycan səfirliyinin təqdim etdiyi “Xocalı soyqırımı” başlıqlı məqalə dərc olunmuşdur.
Pakistanın urdu dilli qəzetləri olan “Daili K-2”, “Daily News”, “Tasir” qəzetləri də öz səhifələrində Xocalı faciəsi haqqında məqalələrə yer ayırmışdır.
“Əl-Qamar” online veb saytında isə jurnalist-tədqiqatçı Amir Raca Bhattinin geniş məqaləsi yerləşdirilmişdir.
“Liberty” jurnalının fevral sayında Xocalı soyqırımını əks etdirən fotoşəkillərlə müşayiət olunan əhatəli məqalə dərc edilmişdir. Eyni materiallar jurnalın əməkdaşlıq etdiyi Avstraliyanın Sidney şəhərində ingilis və urdu dillərində nəşr edilən “Rabitə” jurnalında da verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]