Azərbaycanın “Təbiət Dostları” beynəlxalq ekoloji təşkilata üzv seçildi
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanın “Təbiət Dostları” Gənclər İctimai Birliyi Beynəlxalq Gənc Təbiət Dostları Təşkilatının (International Young Nature Friends - IYNF) rəsmi üzvü oldu.
Növbəti seçkilərdə isə “Təbiət Dostları” Avropada ən fəal ekoloji təşkilatlardan biri olan İYNF-nin İdarə Heyətində təmsilçilik əldə etmək niyyətindədir.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, 1975-ci ildə yaradılan bu qurum Qafqaz regionunda ilk dəfə “Təbiət Dostları” Gənclər İctimai Birliyi ilə əməkdaşlıq qurub.
Azərbaycanda ekoloji maarifləndirici tədbirlər həyata keçirən “Təbiət Dostları” ilk dəfə olaraq ekoloji nəqliyyat vasitəsi - velosipedin təbliğinə başlayıb. Hazırda təşkilatın nəzdində “Yaşıl velosipedçilər” klubu fəaliyyət göstərir. Eyni zamanda, ölkəmizdə ekoturizmin inkişafı sahəsində bir çox tədbirlər və açıq havada düşərgələr təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]