Azərbaycanın turizm məhsulları İtaliyada sərgilənəcəkdir
Bakı, 7 yanvar (AZƏRTAC). Fevralın 14-dən 17-dək İtaliyanın Milan şəhərində “BİT” Beynəlxalq turizm sərgisi açılacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı icarəyə götürülmüş 30 kvadratmetrlik pavilyonda nümayiş etdiriləcəkdir.
Sərgidə ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri ingilis dilində hazırlanmış müxtəlif adda kitabça, buklet və CD-lər vasitəsilə təbliğ olunacaqdır.
Sərgidə nazirliyin turizm şöbəsinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən bir neçə turizm şirkətinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]