Azərbaycanın U-21 yığması bu gün Latviya ilə qarşılaşacaq
Bakı, 17 noyabr, AZƏRTAC
Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Dalğa Arena”da oynanılacaq görüş saat 18:00-da başlayacaq. Matçı yerli hakimlər briqadası idarə edəcək. Əkbər Əhmədov baş hakim olacaq. Ona Orxan İbişov və Rasim Axundov kömək edəcəklər. Şamil İmanzadə isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan U-21 yığması Avropa Çempionatının seçmə mərhələsində noyabrın 21-də Ukrayna yığması ilə üz-üzə gələcək. İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]