“AzerGold” məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirib
Bakı, 31 oktyabr, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli bazarda qızıl külçələrə artan investisiya tələbatını nəzərə alaraq məhsul çeşidini genişləndirib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, dövlət şirkəti bu gün yerli qızıl xammalından hazırlanan yeni 1 qramlıq qızıl külçələri satışa çıxarıb. Bu addım, qızıl investisiyasını daha geniş istehlakçı kütləsi üçün əlçatan və sərfəli etmək məqsədi daşıyır.
Son aylarda qızılın dünya bazarlarında qiymətinin kəskin artması fonunda fiziki qızıl investisiyası sabit və etibarlı sərmayə aləti kimi diqqət mərkəzindədir. “AzerGold” QSC-nin 1 qramlıq külçələri, məhz bu şəraitdə, daha kiçik məbləğlərlə investisiya etmək imkanı yaratmaqla fərqlənir.
Yeni 1 qramlıq külçələr “AzerGold” QSC-nin rəsmi satış nöqtəsi – Satış və mübadilə mərkəzi və onlayn platforması - www.azergold.gift vasitəsilə əldə edilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]