İDMAN
“Bakı-2023”: Əliəskər Əliyev dünya çempionatına qələbə ilə başlayıb
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan taekvondoçusu Əliəskər Əliyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində seneqallı Ababakar Soumare ilə qarşılaşıb. Rəqibini məğlub edən taekvondoçumuz səkkizdəbir final mərhələsinə yüksəlib.
Millimizin digər üzvü Taleh Süleymanov (87 kq) 1/16 final mərhələsində belçikalı Manuel Pollet ilə üz-üzə gələcək. Belçika taekvondoçusu Laurentiu Snakovu (Rumıniya) məğlub edib.
Qadınların yarışında “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 1/16 finalda Yaponiya idmançısı Çina Murakamini sınağa çəkəcək. Yaponiyalı taekvondoçu finlandiyalı Jenna Ylonenə qalib gəlib.
Qeyd edək ki, millimizin üç üzvü - Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) çempionatı mükafatsız başa vurublar.