Bakı buxtasına axıdılan çirkab sularının həcmi azalmışdır
Bakı, 11 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi tərəfindən Bakı buxtasının ərazisindən artıq 60-dan çox batmış və yarımbatmış gəmi çıxarılmışdır. Bu ilin II-III rüblərində aparılmış tədqiqat və təhlillər göstərir ki, Bakı buxtasında çirkləndirici komponentlərin miqdarı 2008-ci illə müqayisədə 2-3 dəfə azalmışdır.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir.
Məlumatda bildirilir ki, “Azərsu” ASC tərəfindən Xəzər dənizinə axıdılan məişət-fekal çirkab sularının qarşısının alınması məqsədilə Hövsan aerasiya stansiyasında yeni texnoloji xətt çəkilmiş, şəhərdaxili təsərrüfat-məişət kanalizasiya şəbəkəsi yağış kanalizasiyası şəbəkəsindən təcrid edilmişdir. Nəticədə Bakı buxtasına axıdılan çirkab sularının həcmi gün ərzində 300 min kubmetr azalmışdır.
Hazırda Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]