Bakı Dövlət Universiteti: Ötən gün 5 min 921 nəfər imtahan verib
Bakı, 1 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası onlayn davam edir.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, ötən gün 291 qrup üzrə 5 min 573 tələbə imtahan verib. Magistratura səviyyəsində 103 ixtisaslaşmada 55 fənn üzrə 348 nəfər imtahan verib. BDU-nun Qazax filialında isə 245 tələbə imtahanlarda iştirak edib.
İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edirlər.
İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Apellyasiya Komissiyası fəaliyyət göstərir.
Sessiya iyulun 2-dək gün ərzində iki növbədə onlayn davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]
Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]