Bakı-Quba magistral avtomobil yolunun kənarında 18000 ədəd müxtəlif ağac və kol əkilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakı-Quba magistral avtomobil yolunun kənarında iməciliklər keçirilərək əlavə vəsait xərclənmədən 2010-cu ilin yaz mövsümündə 18000 ədəd müxtəlif ağac və kol əkilmişdir.
ETSN-dən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin nəzdində yaradılmış işçi qrup tərəfindən əkilmiş ağac və kolların bitiş faizini müəyyənləşdirmək məqsədilə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, havaların isti və quraq keçməsinə baxmayaraq mütəmadi suvarma və qulluq işləri nəticəsində əkinlərdə 70 faizdən yuxarı bitiş alınmışdır.
Hazırda ərazidə suvarma və qulluq işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]