Bakıda birinci Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir
Bakı, 23 fevral (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ilin payızında Bakıda birinci Beynəlxalq turizm filmləri festivalının keçirilməsi nəzərdə tutulmuşdur.
Festivalın məqsəd turizmin müxtəlif aspektlərinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verəcək filmləri təbliğ etmək, bu sahədə daha uğurlu ekran əsərlərini aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir.
Festival, eyni zamanda, dünyada beynəlxalq tarixi və mədəni irsin mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoymuşdur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, festivalla bağlı fevralın 25-də Bakıda Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammelin iştirakı ilə mətbuat konfransı keçiriləcəkdir. Konfransda festivalın rəsmi internet saytının təqdimatı da olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]