Bakıda Krım kurort-turist ofisi açılacaqdır
Bakı, 30 mart (AZƏRTAC). Aprelin 3-də Bakıda Krım Muxtar Respublikası (Ukrayna) Kurortlar və Turizm Nazirliyinin Krım kurort-turist ofisi açılacaqdır.
AZƏRTAC Krım Kurortlar və Turizm Nazirliyinə istinadla bildirir ki, bu ofis vasitəsilə Krım sanatoriya-turizm məhsulları ilə iş üzrə həkimlər və turizm agentləri üçün təlim proqramları, həmçinin Krıma infoturların təşkili həyata keçiriləcəkdir.
Krım kurort-turist ofisləri artıq Kiyevdə (Ukrayna), Riqada (Latviya), Moskva, Sankt-Peterburq və Yekaterinburqda (Rusiya) açılmışdır. Ümumiyyətlə, 2013-cü ildə Krımın hüdudlarından kənarda 20-dən çox ofisin açılması planlaşdırılır. Onlar Ukrayna, Rusiya və Belarusda turizm firmaları və informasiya mərkəzlərinin yerli ofislərinin bazası əsasında yaradılacaqdır. Ofisin yaradılması üzrə tərəfdaşların seçimi müsabiqə əsasında aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]