Bakıda Krım kurort-turizm ofisi açılmışdır
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 3-də Azərbaycanın “SW TRAVEL” turizm operatorunun ofisində Krım Muxtar Respublikası (Ukrayna) Kurortlar və Turizm Nazirliyinin rəsmi kurort-turizm ofisinin açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, rəsmi açılış mərasimi Ukraynanın Əməkdar Artisti, virtuoz gitaraçı Ənvər İsmayılovun Azərbaycan melodiyalarını ifa etməsi ilə başlanmışdır.
Mərasimdə giriş nitqi ilə çıxış edən “SW TRAVEL” turizm şirkətinin direktoru Şirzad Əfəndiyev tədbir iştirakçılarına şirkətin fəaliyyəti barədə Krım Muxtar Respublikasının münsiflər heyəti tərəfindən Krımın sanatoriya turizm məhsulları ilə işləmək üzrə təlim proqramları həyata keçiriləcək, Krıma informasiya turları təşkil ediləcək, Krımın Kurortlar və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunan reklam məhsulu yayılacaqdır.
A.Liyev bildirmişdir ki, Krımın kurort-turizm ofisləri Kiyev, Riqa (Latviya), Moskva, Sankt-Peterburq və Yekaterinburqda açılmışdır. Bütövlükdə 2013-cü ildə Krımın hüdudlarından kənarda 20-dən çox belə ofis açmaq planlaşdırılır. Ofislər Ukrayna, Rusiya və Belarusda yerli turizm firmalarının və informasiya mərkəzlərinin bazasında yaradılacaqdır. Ofisin açılması üzrə tərəfdaşlar müsabiqə əsasında seçiləcəkdir.
Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, tanınmış Ukrayna müğənnisi, Krımın rəsmi siması, “Eurovision-2013” mahnı müsabiqəsində Ukraynanın təmsilçisi Zlata Oqneviç, habelə Azərbaycanın turizm agentliklərinin və KİV-lərinin nümayəndələri iştirak etmişlər.